close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Koreya qəzeti İranın bu ölkədə bloklanan 7 milyard dollarlıq pulunun verilməsi ilə bağlı danışıqlardan xəbər verib

May 31, 2023
1 dəqiqədə oxunur
Koreya qəzeti İranın bu ölkədə bloklanan 7 milyard dollarlıq pulunun verilməsi ilə bağlı danışıqlardan xəbər verib

Güney Koreyanın bir iqtisadi qəzeti 30 Mayda yaydığı xəbərdə yazıb ki, Seul və Vaşinqton Güney Koreyada bloklanan 7 milyard dollarlıq İran pulunu vermək üçün yol axtarır və bu pul müəyyən şərtlərlə İrana qaytarıla bilər.

Bu qəzet bu vəsaitlərin buraxılması ilə bağlı danışıqları iki ölkənin, ABŞ və Koreyanın Tehranla münasibətləri yaxşılaşdırmaq səylərinin bir hissəsi kimi qiymətləndirib.

"Koقea Economic Daily" qəzetinin yazdığına görə, Koreya və ABŞ hökumət rəsmiləri İranın maliyyə resurslarının sərbəst buraxılması üçün icraçı müzakirələrə cəlb olunur və bu müzakirələrə Vaşinqton rəhbərlik edir.

Bu iqtisadi qəzet məlumatlı mənbələrə istinadən yazıb ki, İranın pulu Güney Koreyada azad edilərsə, bu hərəkət ciddi şərtlərlə müşayiət olunacaq ki, İran İslam Respublikası bunu yalnız ictimai mənafe, o cümlədən Birləşmiş Millətlər qarşısında öhdəliklərini yerinə yetirmək və Covid-19 peyvəndi almaq üçün istifadə etsin.

Güney Koreya hökumət rəsmisi də bu barədə deyib: Hər şey plana uyğun getsə, İranla gərgin münasibətlərimizin əhəmiyyətli dərəcədə yaxşılaşacağını gözləyirik”.

Koreya qəzetinin yazdığına görə, danışıqlar uğurlu olarsa, İran pulları birbaşa İran daxilində deyil, İranın qonşu dövlətlərindəki İran banklarının şöbələrinə köçürüləcək və Tehranın ondan istifadə etməsi ciddi nəzarət altında olacaq.

“Korea Economic Daily” Yaxın Şərq KİV-lərinə istinadən əlavə edib ki, ABŞ-ın İran pullarının sərbəst buraxılması ilə mümkün razılaşması İran həbsxanasında casusluq ittihamı ilə saxlanılan Amerika vətəndaşının azadlığa buraxılması ilə bağlıdır. İranın hazırda 60%-ə qədər artırılan uranın zənginləşdirilməsinə məhdudiyyət qoyulub

Üç Amerika vətəndaşı, Siyamak Namazi, Murad Təhbaz və Emad Şərqi hələ də İran həbsxanasındadır. Koreya qəzetinin xəbərində bu məhbuslardan hansının Vaşinqton tərəfindən razılaşmanın şərti kimi azadlığa buraxılması göstərilməyib.

Sözügedən 7 milyard dollar ABŞ-ın sanksiyalarından sonra Güney Koreya banklarında qalan, ABŞ sanksiyaları səbəbindən İrana geri qaytarılmayan İran neftinin Koreyaya satışı ilə bağlıdır.

İndiyədək bu pulların İrana köçürülməsi ilə bağlı çoxlu xəbərlər dərc olunub və hər dəfə də bu transfer nədənsə rədd edilib.

Şərhlər

Xəbərlər

Məhəmməd Eyni qirov qarşılığında sərbəst buraxılıb

May 31, 2023
1 dəqiqədə oxunur
Məhəmməd Eyni qirov qarşılığında sərbəst buraxılıb