close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Germi şəhəri sel və dağıdıcı yağışlarla əhatə olunub

İyun 1, 2023
1 dəqiqədə oxunur
Germi şəhəri sel və dağıdıcı yağışlarla əhatə olunub

Çərşənbə axşamı 30 May, Germi şəhərində yağan yağış və sonrakı sel sonucunda Cahan Xanımlı (Xanımlu) və Bəy Bağı körpüləri dağılıb və Biləsuvar və Parsabad Moğan şəhəri ilə əlaqə yolu kəsilib.

Ayrıca daşqın səbəbindən içməli su xətti kəsilib və hələlik bu şəhərin mərkəzi və 60 kəndinin içməli suyu yoxdur. Mobil və telefon xətləri də sıradan çıxıb. Ayrıca, 10-15 kəndə ciddi ziyan dəymiş və daşqınlar Germinin sənaye şəhərciyinə də ciddi ziyan vurmuş, bu şəhərin bir hissəsinə qaz verilişi kəsilmişdir.

Sosial şəbəkələrdə yayımlanan şəkillərə görə, Germi şəhərinin yolları və küçələri palçıqla doludur və şəhərin böhran rəhbərliyi hələ də tıxacların aradan qaldırılması üçün tədbir görməyib.

Ərdəbil əyaləti bir tərəfdən quraqlıqla üz üzədir ve başqa tərəfdən də əkin yerləri daşqınlara məruz qalır. Yüzdə 34 ərdəbildə məşğulluq əkin sahəsindədir. İstixana becərilməsinin təşviqi açıq havada becərilməsini əvəz etmək üçün yaxşı seçimdir. Bu arada ölkədəki 25 min hektar istixana əkininin yüzdə 80-i Tehran, Kirman, İsfahan, Yəzd və Simnan əyalətlərinə ayrılıb.

Şərhlər

Cəmiyyət & Mədəniyyət

Urmu və Yağış əkizləri təxminən 4 ay hüquqi mücadələdən sonra kimlik vəsiqəsi ala biliblər

İyun 1, 2023
1 dəqiqədə oxunur
Urmu və Yağış əkizləri təxminən 4 ay hüquqi mücadələdən sonra kimlik vəsiqəsi ala biliblər