Süngün mis mədənində davamlı olaraq təhlükəli çirkləndiricilərin ortaya çıxması və onun İlqanaçaya doğru axıdılmasından sonra Vərziqan şəhərinin bir sıra kənd sakinləri Süngün mis mədənindən şikayət ediblər.
Vərziqan şəhərinin Məncuvan rayonunun əhalisi İlqanaçay çayının mənbələrindən biri olan Süngünçaya tullantıların və kimyəvi çirkləndiricilərin davamlı olaraq axıdılması ilə əlaqədar Süngün mis mədənindən şikayət ediblər.
Məncuvan rayonunun kənd sakinləri tərəfindən qeydə alınan şikayətində bildirilir ki, “Süngün çayındakı çirkləndiricilər və zərərli mineral-kimyəvi maddələr ətraf mühitin dağılmasına, suyun kəskin şəkildə çirklənməsinə, insanlara, heyvanlara və kənd təsərrüfatı məhsullarının zərər görməsinə nədən olub”.
Süngün mis mədənində təhlükəli çirkləndiricilərin istehsalı və onun birbaşa təbiətə atılması uzun illərdir ki, ətraf mühit fəalları və Varziqan şəhərinin əhalisi tərəfindən etiraza nədən olub.
Öncələr İlqanaçay çaylarının dərc olunmuş şəkillərində və videolarında bu çayda çirklənmə, rəng dəyişikliyi, balıq və su canlılarının tələf olması açıq-aydın göstərilirdi.
Şərhlər