close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Netanyahu: Agentlik İslam Respublikasının təzyiqlərinə təslim oldu

İyun 5, 2023
1 dəqiqədə oxunur
Netanyahu: Agentlik İslam Respublikasının təzyiqlərinə təslim oldu

 

İsrailin baş naziri Benyamin Netanyahu 4 iyun bazar günü Beynəlxalq Atom Enerjisi Agentliyini İranın nüvə proqramını səmərəsiz izləməkdə ittiham edib və xəbərdarlıq edib ki, BMT-nin bu monitorinq qurumu siyasiləşmək və əhəmiyyətsiz olmaq təhlükəsi ilə qarşı qarşıyadır.

Netanyahunun bu açıqlamaları Beynəlxalq Atom Enerjisi Agentliyinin ötən həftə İranın şübhəli uran hissəcikləri ilə bağlı qənaətbəxş cavab verdiyini və 2015-ci il razılaşması çərçivəsində öncələr yerləşdirdiyi bəzi monitorinq cihazlarını yenidən quraşdırdığını bildirən hesabatından sonra gəlir.

“Reuters”in xəbərinə görə, İranın 60%-ə qədər zənginləşdirdiyi uranı daha da zənginləşdirib təmizliyi 90%-i keçərsə, iki nüvə bombası hazırlamaq üçün kifayətdir. Amma İran hökuməti hələ də israr edir ki, uranın zənginləşdirilməsindən silah kimi istifadə etmək niyyətində deyil. Bununla belə, İsrail İran İslam Respublikasına qarşı qabaqlayıcı hərbi zərbələr endirmək hədələrini artırıb.

Netanyahu ölkə televiziyasında yayımlanan İsrailin Nazirlər Kabinetinə müraciətində deyib: “İran Beynəlxalq Atom Enerjisi Agentliyinə yalan danışmağa davam edir və agentliyin İranın təzyiqinə boyun əyməsi onun rekordunda qara ləkədir”.

İsrailin baş naziri vurğulayıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyi “siyasi təşkilata” çevrilərsə, onun İrandakı monitorinq fəaliyyəti, eləcə də İslam Respublikasının nüvə fəaliyyətləri ilə bağlı hesabatları “əhəmiyyətsiz” olacaq.

Netanyahunun açıqlamalarına görə, Beynəlxalq Atom Enerjisi Agentliyi hələ ki, reaksiya verməyib.

Bu beynəlxalq qurum ötən həftə çərşənbə günü elan edib ki, İran hökuməti illərlə apardığı araşdırmalardan sonra nəhayət ki, uran izlərinin tapıldığı üç yerdən biri ilə bağlı inandırıcı cavablar verib.

Vyanadakı yüksək rütbəli diplomat Reuters xəbər agentliyinə bildirib ki, izlər şah dövründə sovet müşavirləri tərəfindən idarə olunan mina nəticəsində yarana bilər və agentliyin əlavə sualı yoxdur.

Agentliyin hesabatına cavab kimi görünən çıxışında İsrailin baş naziri belə deyib ki, "İranın qadağan olunmuş yerlərdə nüvə zərrəciklərinin aşkarlanması ilə bağlı bəhanələri nəinki etibarsızdır, həm də texniki cəhətdən mümkün deyil"

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İlqanaçay çayının çirklənməsi; Vərziqan Kəndlərinin sakinlərinin Süngün mədəni ilə bağlı şikayətinin qeydiyyatı

İyun 5, 2023
1 dəqiqədə oxunur
İlqanaçay çayının çirklənməsi; Vərziqan Kəndlərinin sakinlərinin Süngün mədəni ilə bağlı şikayətinin qeydiyyatı