close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Məhkəmənin qərarı ilə Elin kimlik vəsiqəsi alıb

İyun 7, 2023
1 dəqiqədə oxunur
Məhkəmənin qərarı ilə Elin kimlik vəsiqəsi alıb

Azərbaycanlı körpə “Elin”in atası Mir Məcid Nəqizadə Doğu Azərbaycan Qeydiyyat İdarəsinin qızına kimlik vəsiqəsi verməməsindən sonra Məhkəməyə başvurdu və 3 aylıq hüqugi mücadələdən sonra qızına kimlik vəsiqəsi ala bildi.

Cənab Nəqizadə Azərbaycanlı vəkilləri Əsgər Məhəmmədi və Hadi Əlipur Şahgəldi ilə birlikdə məhkəmə sürəcində Təbriz Məhkəməsinin qərarı ilə Doğu Azərbaycan Qeydiyyat İdarəsini Azərbaycanlı körpə üçün kimlik vəsiqəsi verməyə məcbur edə bildi.

Valideynlər tərəfindən seçilən adlara kimlik vəsiqəsinin verilməməsi və Qeydiyyat idarəsinin qarşı çıxması ilk hal deyil. Bundan öncə 2020-ci ildə Ərdəbilli uşaq "Ayıl" üçün kimlik vəsiqəsinin verilməməsi və Ayılın atasının şəhər qeydiyyat idarəsi qarşısında etiraz etdiyi bir videonun yayılması "Ayıl Kampaniyasının" başlanğıc nöqtəsi idi.

Daha öncə bir sıra uşaqların valideynləri, o cümlədən, "Türk Ay", "Yağış", "Atakan", "Oğuz", "Alp Arslan", "Ana", "Volkan", "Tarkan" və. .. uşaqlarına seçdikləri ad üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirmişdilər.

İranın Qeydiyyatı İdarəsi təsdiqlənmiş adlarının siyahısını yayımlayaraq vətəndaşlardan bu adları uşaqları üçün seçmələrini istəyir. Valideynlər tərəfindən seçilən ad Qeyd idarəsi tərəfindən təklif olunan siyahıdan kənarda olduqda, seçilmiş ad araşdırılmaq üçün bu təşkilatın (ad komitəsinin) idarə heyətinə göndəriləcək və təsdiq edilmədiyi təqdirdə adın seçilməsinə icazə verilməyəcək.

Təsdiqlənmiş adlarının siyahısında siyasi və dini məhdudiyyətlər və fikirlər, bir çox vətəndaşı insan hüquqları konvensiyalarına zidd olaraq, uşaqlarına dini, etnik və ya mədəni kimliklərinə görə ad verməkdən məhrum edir.

Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur.

Şərhlər

Xəbərlər

Azadi meydanında “parçalara bölünən” qadın Əfqanıstan vətəndaşı idi

İyun 6, 2023
1 dəqiqədə oxunur
Azadi meydanında “parçalara bölünən” qadın Əfqanıstan vətəndaşı idi