Ərdəbil Əyalətinin Kəşfiyyat İdarəsinin əməkdaşları cənab Behzad Dəştinin ailə üzvləri və Ərdəbil şəhərinin bir neçə başqa mədəni fəalı ilə telefon danışığı zamanı bu fəalların fəaliyyətlərini davam etdirəcəkləri təqdirdə həbs olunmaları barədə məlumat veriblər.
Dünən 11 sentyabr 2023-də təhlükəsizlik işçiləri cənab Behzad Dəşti və Ərdəbil şəhərinin bir neçə başqa fəalının ailəsinə zəng edərək, onların ailələrindən övladlarının mədəni fəaliyyətlərinin qarşısını almağı xahiş ediblər.
Bundan öncə də avqustun 13-də Ərdəbil Əyalətinin Kəşfiyyat İdarəsi bir neçə mədəni fəalın ailə üzvlərinə qanunsuz zənglər edərək, mədəni fəaliyyətlərini davam etdirəcəkləri təqdirdə həbs olunmaları barədə məlumat vermiş, bəzi izahatların alınması üçün çağırılmış və kəşfiyyat idarəsinin bu qanunsuz hərəkəti fəalların etirazı ilə nəticələnib.
İnsanların kəşfiyyat idarəsinə çağırılması və dəvət edilməsi hüquqi nəticələrə və yüklərə səbəb ola bildiyinə görə, məhkəmə orqanlarının əmri tələb olunur və orada olan şəxslər üçün bildiriş göndərən şəxsin kimliyi dəqiqləşdirilməlidir.
Qeyd edək ki, son günlər İran İslam Respublikasının Kəşfiyyat Baş İdarəsi Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı mədəni fəalların fəaliyyətinin qarşısının alınması üçün qeyri-qanuni tədbirlə fəalları və onların yaxınlarını həbs etməklə hədələyir, onlara işgəncə verir. Fəallar bunu qanunsuz hesab edir və məhkəmə bildirişinin göndərilməsini tələb edirlər.
Şərhlər