close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumun günahkarının "ağır cəzalandırılması" tələb edilib

Sentyabr 13, 2023
1 dəqiqədə oxunur
Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumun günahkarının "ağır cəzalandırılması" tələb edilib
Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumun günahkarının "ağır cəzalandırılması" tələb edilib

Ədliyyəyə bağlı Mizan xəbər agentliyinin məlumatına görə, Tehran prokuroru ötən ilin Yanvarında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumun səbəbkarı ilə bağlı ittiham aktının verildiyini və “ ağır cəza" tələb edilib.

Bu gün, çərşənbə günü, 13 sentyabr, “Əli Salehi” hücumçunu “səfirlik daxilində silahdan istifadə etməklə Azərbaycan vətəndaşının qəsdən öldürülməsində iştirak etməkdə, qanunsuz silah və sursat, o cümlədən Kalaşnikov və tapança almaq, gəzdirmək və saxlamaqda və ictimai asayişin pozulmasında ittiham edilib.

Tehran prokuroru bildirib ki, zərərçəkmiş şəxsin “qəyyumları” İranın “daxili məhkəmələrinə” şikayət veriblər. Bu o deməkdir ki, təqsirləndirilən şəxsə “qisas” cəzası verilə bilər. Salehi, ayrıca Azərbaycan səfirliyinə hücum edən şəxsin başqa ittihamları, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşı olan səfirliyin üç əməkdaşının qəsdən vurulması və yaralanması” barədə də məlumat verib. Sənədlər iddiaçılar tərəfindən tamamlanana qədər iş açıq qalacaq.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib və vətəndaşlarına İrana səfəri barədə xəbərdarlıq edib.

İyunun əvvəlində İslam Respublikası Kəşfiyyat Nazirliyinin sızdırılmış sənədində Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumun səbəbkarının “çeçenlər”lə “ideoloji əlaqələri” olduğu göstərib. Polis devriyyəsi atışmanın şahidi olduqdan sonra hadisə yerini tərk edib və iki ölkə arasında münasibətlər "vəziyyətin pisləşməsi və gərginləşməsi istiqamətində gedir".

Şərhlər

Siyasət

ABŞ-la əsir mübadiləsində 5 iranlı məhbusun adının təsdiqlənməsi

Sentyabr 13, 2023
1 dəqiqədə oxunur
ABŞ-la əsir mübadiləsində 5 iranlı məhbusun adının təsdiqlənməsi