close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Təbrizdə Azərbaycanlı mədəni fəalların kütləvi həbsi

Sentyabr 14, 2023
1 dəqiqədə oxunur
Təbrizdə Azərbaycanlı mədəni fəalların kütləvi həbsi

İranwire-in əldə etdiyi bilgilərə görə Əli Babayi, Davud Şiri, Araz İbrahimnəjad, Əmir Hüseyn Ağayi, Seyid Rza Müvəhhid və Cavad Sudbər, dünən 13 sentyabr 2023-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə götürülüblər.

Bu azərbaycanlı fəalların yaxınlarından bəziləri bu fəalların həbsinin təhlükəsizlik qüvvələri tərəfindən döyülmələri ilə müşayiət olunduğunu bildiriblər.

Batı Azərbaycanın Qoçaçayından olan mədəni fəal Əli Babayinin qohumları məlumat veriblər ki, təhlükəsizlik işçiləri bu mədəni fəalı Təbriz şəhərində iş yerində həbs edərkən onu döyüblər və həbsdən sonra cənab Babayinin evinə gediblər və evdə axtarış aparıldıqdan sonra bu fəalın kompüteri və kitabları götürüblər.

Hələlik bu Azərbaycanlı fəalların həbsinin səbəbləri, ittihamları və köçürüldüyü yeri barədə ətraflı məlumat yoxdur.

Görünən bu ki, bu həbslər Məhsa Əmininin ölümünün ildönümünün yaxınlaşması və İranın müxtəlif şəhərlərində etiraz aksiyalarının yayılması qorxusu ilə həyata keçirilib.

Şərhlər

Xəbərlər

Zəncan telekommunikasiya təqaüdçülərinin etiraz aksiyası; 13 illik zülmə son verin

Sentyabr 14, 2023
1 dəqiqədə oxunur
Zəncan telekommunikasiya təqaüdçülərinin etiraz aksiyası; 13 illik zülmə son verin