close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Tehran Polisi: Hərəvi meydanında mollanı yaralayan şəxs həbs edilib

Sentyabr 15, 2023
1 dəqiqədə oxunur
Tehran Polisi: Hərəvi meydanında mollanı yaralayan şəxs həbs edilib

Cümə günü, Sentyabrın 15-də Tehran polis komandanlığı Tehranda mollaya hücum edən şəxsin tutulduğunu elan edib.

Böyük Tehran Polis Komandanlığının Xəbərləşmə Mərkəzi bir elanda bildirib ki, sentyabrın 14-də Hərəvi meydanı yaxınlığında molla paltarı geyinmiş bir vətəndaşın yaralanmasından sonra bu məsələ Böyük Tehran Polis Komandanlığının gündəliyinə salınıb.

Bu mərkəzin açıqlamasında həbs edilən şəxsin kimliyi və onun motivi qeyd olunmadan deyilir: Sahə tədbirləri həyata keçirilərək və şahidlərin ifadələrindən istifadə edilərək, hücumun əsas səbəbkarı müəyyən edilərək o Hüseyn Abad ərazisində yerləşən iqamətgahında həbs edilib.

Tehran polisinin hesabatında hücuma məruz qalan mollanın kimliyi qeyd olunmayıb.

Ötən aylarda İranın müxtəlif şəhərlərində bir neçə mollaya hücumlarla bağlı çoxlu xəbərlər yayılıb və bu hücumlarda bir molla da öldürülüb.

Bu il iyunun 12-də bazar ertəsi Tehran Bələdiyyəsinin təqəüdçülər Təşkilatının imamı Höccətül İslam Cabir Rizayi naməlum şəxs tərəfindən soyuq silahla hücuma məruz qalıb və boynundan yaralanıb.

İyul ayının 9-da Məşhəddə “Hüccətül-İslam Əbuzər Hüseyni” adlı ruhaniyə xalça kəsən bıçaqla hücum edilib.

Şənbə günü, mayın 6-da Savənin Əhmədabad kəndində “Hüccətul İslam Əhmədi” adlı namaz imamı bıçaqla hücuma məruz qalıb və yaralanıb.

ISNA xəbər agentliyi mayın 1-də Qum şəhərinin Şahada küçəsindəki avtobus dayanacağında bir mollanın bir avtomobilin sürücüsü tərəfindən vurulması və daha sonra həmin sürücünün ona bıçaqla hücum etməsi ilə bağlı xəbər yayıb.

Bu aksiyanın xəbəri aprenli 26-da Ekspertlər Məclisinin keçmiş üzvü Abbas Əli Süleymaninin Babolsərdə silahla öldürülməsindən, eləcə də Tehranın Mərzdəran bulvarında mollanın “basılmasından” az sonra dərc edilib.

Şərhlər

Xəbərlər

Həbsxanada saxlanılan müəllim Cəfər İbrahimi dərman aksiyasına başlayıb

Sentyabr 15, 2023
2 dəqiqədə oxunur
Həbsxanada saxlanılan müəllim Cəfər İbrahimi dərman aksiyasına başlayıb