close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Astara şəhərində sel; İnfrastruktur dağılıb, daşqın nəticəsində 20 nəfər xəsarət alıb

Sentyabr 19, 2023
1 dəqiqədə oxunur
Astara şəhərində sel; İnfrastruktur dağılıb, daşqın nəticəsində 20 nəfər xəsarət alıb

Astarada son bir gündə yağan güclü yağış Astaraya gedən yollarda nəqliyyatın hərəkətini dayandırıb və daşqın nəticəsində 20 nəfər xəsarət alıb.

Əldə edilən bilgilərə görə Astarada Əhməd körpüsü dağılıb və Şibli körpüsünə ciddi ziyan dəyib.

Bundan əlavə, son 100 ildə görünməmiş yağıntının Astarada 270 mm-dən çox olması bu şəhərin böyük sahil bazarını su basmasına səbəb olub. Astaranın batı ərazilərində 300 yaşayış məntəqəsi də suları altında qalıb.

Gilan Böhran İdarəetmə İdarəsinin baş direktoru Əmir Muradi xəbər agentlikləri ilə söhbətində bildirib ki, Astara şəhərinin su basmış kəndlərinə yardım edilir və insanlar su basmış ərazilərdən təhlükəsiz yerlərə köçürülüb.

Onun dediyinə görə daşqın nəticəsində 20 nəfər xəsarət alıb, onlardan 13 nəfərə ambulator, 7 nəfərə isə xəstəxanaya yerləşdirilərək tibbi yardım alıb.

 

 

Şərhlər

Xəbərlər

Xalq Ayçı yolunda; Məhsanın ildönümündə Saqqız

Sentyabr 16, 2023
1 dəqiqədə oxunur
Xalq Ayçı yolunda; Məhsanın ildönümündə Saqqız