close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Mədəni fəal Fərhad Hüseyni Zəncanda həbs edilib

Sentyabr 20, 2023
1 dəqiqədə oxunur
Zəncan Kəşfiyyat İdarəsinin əməkdaşları sentyabrın 19-da çərşənbə axşamı bu şəhərdə yaşayan öyrənci və mədəni fəal “Fərhad Hüseynini” həbs ediblər.

“İranWire”in əldə etdiyi xəbərə görə, Kəşfiyyat İdarəsinin agentləri qanuni icazələri olmadan Fərhad Hüseynini Zəncanda həbs ediblər. Ötən günlər ərzində Zəncan Kəşfiyyat İdarəsi bu Türk mədəni fəalı telefon zəngləri ilə dəfələrlə çağırıb və hədələyib. Fərhad Hüseyni bu xəbəri dərc edənə qədər ailəsi ilə əlaqə saxlamayıb. Fərhad Hüseyninin ailəsi bu quruma müraciət etdikdən sonra Zəncan Kəşfiyyat İdarəsinin rəsmiləri də son vəziyyət və onun həbsinin səbəbləri ilə bağlı cavab verməkdən imtina ediblər.

Fərhad Hüseyni Zəncanda yaşayan mədəni fəalıdır və Zəncanın Azad Universitetində idarəetmə fakültəsinin magistr tələbəsidir. Son bir həftə ərzində müxtəlif şəhərlərdə onlarla Azərbaycan vətəndaşı həbs edilib.

Sentyabrın 9-da Kəşfiyyat İdarəsinin əməkdaşları Şəbistər şəhərinin Nadarlı kəndində yaşayan mədəni fəal “Murtaza Nurməhəmmədi”ni Doğu Azərbaycan əyalətinin Sufian şəhərindəki qeydiyyat idarəsinə getdikdən sonra həbs ediblər.

Çərşənbə günü, sentyabrın 13-də “Davud Şiri”, “Əli Babayi”, “Əmirhüseyn Aqayi”, “Məhəmmədriza Müvəhid”, “Araz İbrahimzadə” və “Cavad Südbər”, cümə günü, sentyabrın 15-də isə “Mehrdad Qədri” Təbriz Kəşfiyyat İdarəsinin agentləri tərəfindən həbs edilib və bu qurumun təcridxanasına köçürülüblər. Bütün bu mədəni fəallar hələ də həbsdədirlər və naməlum vəziyyətdədirlər.

Şərhlər

Xəbərlər

İbrahim Rəisi: Polis Məhsa Əminini vurmayıb

Sentyabr 19, 2023
2 dəqiqədə oxunur
İbrahim Rəisi: Polis Məhsa Əminini vurmayıb