Adının Türkcə olduğuna görə kimlik vəsiqəsi verilməyən Türkay, 9 ay davam edən mübarizə və məhkəmə prosesindən sonra kimlik ala bilib.
Türkayın atası Hüseyn Şirdel, bildirib ki, bir neçə aylıq məhkəmə prosesindən sonra Doğu Azərbaycan əyalətinin Qeydiyyat İdarəsi bu uşağa kimlik vəsiqəsi verməyə məcbur olub.
Azərbaycanın əksər şəhərlərində övladlarına Türkcə ad seçmək niyyətində olan valideynləri təqib etmələrinə baxmayaraq, ölkənin Qeydiyyat İdarəsi adın əcnəbi olması və ya seçilmiş adlar siyahısında olmaması kimi səbəblərlə bu uşaqlara kimlik vəsiqəsi vermir.
Daha öncə bir sıra uşaqların valideynləri, o cümlədən, "Türk Ay", "Yağış", "Atakan", "Oğuz", "Alp Arslan", "Ana", "Volkan", "Tarkan" və. .. uşaqlarına seçdikləri ad üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirmişdilər.
Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur.
Şərhlər