İranwire-in əldə etdiyi xəbərə görə, Azərbaycan Mədəni Universitetinin biologiya fakültəsinin öyrəncisi Armita Pavir təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Təbriz Mərkəzi Həbsxanasının qadın şöbəsinə göndərilib.
Bu vaxta kimi bu azərbaycanlı tələbə fəalın işin təfərrüatları, təqsirləndirilən titulu barədə ətraflı məlumat yoxdur.
Bundan öncə bu fəal 2 Sentyabr 2023-cü il şənbə günü məhkəmə orqanının elektron sistemi vasitəsilə aldığı bildirişə əsasən, “İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamı ilə irəli sürülən ittihamı müdafiə etmək üçün yaxın 5 gün ərzində sözügedən şöbəyə gəlməsi qərara alınıb".
Ayrıca, cari ilin Avqust ayının 28-də o, “ictimai asayişi pozmaq və ictimai şüuru pozmaq” ittihamı ilə irəli sürülən başqa bir ittihamı müdafiə etmək üçün Azərşəhr (Tufarqan) Ümumi və İnqilab Prokurorluğuna çağırılıb.
Armita Pavir bu il 31 Oktyabr 2022-də universitetin girişi qarşısında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Armita Pavir 2022-ci il 8 Dekabr Cümə axşamı məhkəməyə qədər 250 milyon tümən girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.
Bundan öncə xanım Pavir Ukrayna təyyarəsinin vurularaq düşürülmesine etiraz olaraq 1 il təhsildən məhrum edilmişdi.
Şərhlər