close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ümumi etirazlar başlanğıcından bəri hökumət müxaliflərinə qarşı ən böyük kiberhücum dalğası

Noyabr 29, 2023
1 dəqiqədə oxunur
Ümumi etirazlar başlanğıcından bəri hökumət müxaliflərinə qarşı ən böyük kiberhücum dalğası

Yeni hesabatda bir kibertədqiqat qrupu İran daxilində və xaricdə mədəni qruplara qarşı bir neçə hücumu sənədləşdirib və bu hücumları “Qadın, Həyat, Azadlıq” hərəkatının başlanğıcından bəri ən böyük və ən koordinasiyalı “saxta şəxsiyyət təqlidi və fişinq” kampaniyası kimi təsvir edib. 

“Miaan Group” institutunun 2023-cü il noyabrın 28-də Filtrban saytı tərəfindən dərc edilən hesabatı jurnalistlərin, mədəni fəalların, dini və etnik azlıqların hüquqlrı müdafiəçilərinə 100-dən çox hücumun araşdırılması və sənədləşdirilməsinin nəticəsidir ki 2023-də daxildə və xaricdə hədəf alınıblar.

Hesabata görə, İran hökuməti tərəfindən dəstəkləndiyi güman edilən hücumçular ABŞ-da yerləşən beyin mərkəzlərini, o cümlədən Jina hərəkatını və ölkədə demokratiya tərəfdarı olan digər işlərə dəstək verən bir beyin mərkəzi olan Atlantik Şurasını saxta kimliklə təqlid ediblər.

“Miaan Group” İnstitutu öz hesabatında vurğulayır ki, İslam Respublikası tərəfindən dəstəklənən, əsasən beyin mərkəzləri və ya onlarla əlaqəli qurumları hədəf alan hakerlərin əvvəlki hücumlarından fərqli olaraq, son hücumlar dalğası əhatə dairəsini və mürəkkəbliyini genişləndirib və özəlliklə etnik azlıqları, jurnalistləri, hüquqşünasları və hüquq müdafiəçiləri kimi daha geniş spektri hədəf alıb.

Hesabatda deyilir ki, hücum edənlər hədəf qruplar arasında texniki məlumatın olmamasından istifadə edərək, İranda baş verən müxtəlif böhranlar, o cümlədən qız tələbələrin ardıcıl zəhərlənməsi ilə bağlı linkləri hökumət əleyhinə olan fəallara göndərib və onları bu əlaqələri açmağa təşviq ediblər.

Bu hesabatda vurğulanır ki, hücumlar hədəf qrupların təhlükəsizliyi və məxfiliyinə, habelə bu qrupların etibar etdiyi informasiya və kommunikasiya kanallarının bütövlüyünə və etibarlılığına ciddi təhdiddir.

Miaan Group İnstitutu yazıb ki, bu hücumlar həm də İslam Respublikasının daxili və daxili müxaliflərinə qarşı kiber əməliyyatlar aparmaqda artan imkan və ambisiyalarını göstərir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Təbrizdə gecəqondularda yarım milyon insan yaşayır

Noyabr 28, 2023
1 dəqiqədə oxunur
Təbrizdə gecəqondularda yarım milyon insan yaşayır