close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Şirabadda Bəluç vətəndaşların evləri polis əməkdaşları tərəfindən sökülüb

Noyabr 30, 2023
1 dəqiqədə oxunur
Şirabadda Bəluç vətəndaşların evləri polis əməkdaşları tərəfindən sökülüb

“Halvash” saytının xəbərinə görə, 30 noyabr 2023 cümə axşamı səhər saatlarında polis məmurları Zahidanın Şirabad bölgəsində Bəluç vətəndaşların evlərinə basqın edərək evləri geniş şəkildə dağıdıblar.

Polis və bələdiyyə qüvvələrinin əməkdaşlığı ilə həyata keçirilən bu geniş dağıntıda öncə ərazidə elektrik enerjisi kəsilib, daha sonra isə vətəndaşların evləri yükləyicilərlə dağıdılıb.

Halvash hesabatında təsdiqləyib ki, hazırda bu ərazidə güclü təhlükəsizlik vəziyyəti mövcuddur və bu evlərin dağıdılmasının səbəbinin nə olduğu bəlli deyil.

Bəluç vətəndaşlarının evlərinin dövlət agentləri tərəfindən dağıdılması ilk dəfə deyil. Öncələr Minab və Bəndər Abbas şəhərlərində Bəluç vətəndaşların evlərinin dağıdılması barədə xəbərlər yayılmışdı.

Zahidanın Şirabad bölgəsinin məktəbləri də bir müddət öncə polis əməkdaşları tərəfindən möhürlənib və buna səbəb məktəbləri sünni din xadimlərinin idarə etməsi olub.

İran Müəllimlərin Həmkarlar İttifaqı Şurası bağlanan məktəblərdən birinin videosunu dərc etmişdi və orada ən azı 400 imkansız şagirdin təhsil aldığı bildirilmişdi. Bu şura bu məktəbin “az maaş” alan müəllimlərinə də “işləmək qadağan” olduğunu vurğulamışdı.

İran Müəllimlər Həmkarlar İttifaqı Şurası tələbələrin valideynlərindən sitat gətirərək yazıb: “Şirabad bölgəsində onlar bəzi qeyri-dövlət ibtidai məktəblərini möhürləyib və müəllimləri “məktəb təmiri” kimi bağlanma səbəbini elan edəcəkləri ilə hədələyiblər.

Sistan və Bəluçistanda qeyri-hökumət məktəblərinin bağlanması o vaxt baş verir ki, Sistan və Bəluçistan Əyalətinin Ali Şurasındakı nümayəndəsinin sözlərinə görə, bu əyalətin tələbələrinin yüzdə 30-u məktəb xərci kimi problemlərdən ötürü məktəbi tərk etməyə məcbur qalırlar.

“Faruq Əzimi” bu sayda şagirdin 150 min məktəbi tərk edən şagirdə əlavə ediləcəyini və bunun Sistan və Bəluçistan əyaləti üçün ciddi və çox təhlükəli bir xəbərdarlıq olduğunu bildirib.

Şərhlər

Xəbərlər

Mürtəza Nurməhəmmədi, Mehrdad Qadiri və Hamid Yeganəpur girov qarşılığında sərbəst buraxılıb

Noyabr 29, 2023
1 dəqiqədə oxunur
Mürtəza Nurməhəmmədi, Mehrdad Qadiri və Hamid Yeganəpur girov qarşılığında sərbəst buraxılıb