close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Əmir Hüseyn Aqayi Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Noyabr 30, 2023
1 dəqiqədə oxunur
Əmir Hüseyn Aqayi Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

İranwire-ə çatan xəbərə görə Qoçaçay şəhərindən olan Türk mədəni fəal Əmir Hüseyn Aqayi 29 noyabr 2023-də axşam saatlarında Təbrizin mərkəzi həbsxanasından 500 milyon tümənlik girov qoyaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Bu ana qədər bu Azərbaycanlı fəalın həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə ətraflı məlumat yoxdur.

Əmir Hüseyn Aqayi 13 sentyabr 2023-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Mürtəza Nurməhəmmədi, Mehrdad Qadiri və Hamid Yeganəpur, Hüseyn Azadi və Əmir Hüseyn Aqayinin azadlığa buraxılması ilə hələ də başqa Türk fəallar, yəni Yürüş Mehəli bəyli, Davud Şiri, Əli Babayi, Nasir Razmco, Araz İbrahimnejad, Cavad Sudbər, Hüseyin Azadi, Əmirhüseyin Azadi, İbrahim Əvəzpur, Milad Cəlili (İlşən) və Seyid Məhəmmədriza Müvəhhid Təbriz Kəşfiyyat idarəsində xaxlanılır və işləri barədə məlumat yoxdur.

Bu məhbusların bəziləri, o cümlədən Əli ‌Babayi, 2 aya yaxındır ki, ailələri ilə əlaqə saxlaya və zəng edə bilmir və bu, həbsdə olan fəalların ailələrinin narahatlığını artırıb və bu fəalların yaxınlarının Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci İstintaq Bölməsinə çoxsaylı müraciətləri nəticəsiz qalıb.

Şərhlər

Xəbərlər

Şirabadda Bəluç vətəndaşların evləri polis əməkdaşları tərəfindən sökülüb

Noyabr 30, 2023
1 dəqiqədə oxunur
Şirabadda Bəluç vətəndaşların evləri polis əməkdaşları tərəfindən sökülüb