close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Nasir Rəzmcu Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb; Əli Babayi hələ də telefon danışıqlarından məhrumdur

Dekabr 1, 2023
1 dəqiqədə oxunur
Nasir Rəzmcu Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb; Əli Babayi hələ də telefon danışıqlarından məhrumdur

İranwire-ə çatan xəbərə görə Ərdəbilli mədəni fəal Nasir Rəzmcu məhkəməyə qədər 500 milyon tümənlik girov qarşılığında dünən 30 noyabr 2023-də Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.

Bu ana qədər bu azərbaycanlı fəalın həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə ətraflı məlumat yoxdur.

Nasir Rəzmcu 21 oktyabr 2023-də Ərdəbil şəhərində təhlükəsizlik işçiləri tərəfindən həbs edilərək Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb.

Nasir Rəzmcu, İbrahim Əvəzzadə, Mürtəza Nurməhəmmədi, Mehrdad Qadiri və Hamid Yeganəpur, Hüseyn Azadi və Əmir Hüseyn Aqayinin azadlığa buraxılması ilə hələ də başqa Türk fəallar, yəni Yürüş Mehəli bəyli, Davud Şiri, Əli Babayi, Nasir Razmco, Araz İbrahimnejad, Cavad Sudbər, Hüseyin Azadi, Əmirhüseyin Azadi, İbrahim Əvəzpur, Milad Cəlili (İlşən) və Seyid Məhəmmədriza Müvəhhid Təbriz Kəşfiyyat idarəsində xaxlanılır və işləri barədə məlumat yoxdur.

Bu məhbusların bəziləri, o cümlədən Əli Babayi, 2 aya yaxındır ki, ailələri ilə əlaqə saxlaya və zəng edə bilmir və bu, həbsdə olan fəalların ailələrinin narahatlığını artırıb və bu fəalların yaxınlarının Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci İstintaq Bölməsinə çoxsaylı müraciətləri nəticəsiz qalıb.

Şərhlər

Xəbərlər

Nərgiz Məhəmmədi Financial Times-a görə ilin ən nüfuzlu 25 qadınından biridir

Dekabr 1, 2023
1 dəqiqədə oxunur
Nərgiz Məhəmmədi Financial Times-a görə ilin ən nüfuzlu 25 qadınından biridir