close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Havanın çirklənməsi Təbrizdə bütün məktəblərin bağlanmasına nədən oldu

Dekabr 4, 2023
1 dəqiqədə oxunur
Havanın çirklənməsi Təbrizdə bütün məktəblərin bağlanmasına nədən oldu

Dünən havanın çirklənməsinin artması ilə əlaqədar Təbriz şəhəri və Üskü şəhərində yalnız ibtidai və məktəbəqədər təhsil yerləri bağlanıbsa, bu gün çirkləndirici maddələrin artması ilə əlaqədar Təbriz və Üskü şəhərlərində bütün məktəblər bağlanıb.

Doğu Azərbaycan əyalətinin Hava Keyfiyyətinə Nəzarət Şirkətinin məlumatına görə, Təbrizdə havanın çirklənmə indeksi hazırda 155-dir və havanın keyfiyyəti qırmızı və bütün qruplar üçün qeyri-sağlam vəziyyətdədir. Havanın çirklənməsinin qırmızı vəziyyətində; ürək və ya ağciyər xəstəliyi olan insanlar, yaşlılar və uşaqlar açıq havada uzun və ya ağır fəaliyyətlərdən çəkinməlidirlər.

Doğu Azərbaycan Meteorologiya İdarəsinin təxmin şöbəsinin müdiri deyib: Qarşıdakı üç gündə atmosferin nisbi sakitliyi və sabitliyi ilə əlaqədar olaraq əyalətin sıx məskunlaşan şəhərlərində, özəlliklə də Təbrizdə atmosferi çirkləndirən maddələrin toplanması davam edəcək.

Məhəmməd Omidfər əlavə etdi: Ən son meteoroloji təxmin xəritələrinə və peyk görüntülərinə görə, bəzi ərazilərdə bu əyalət yerli tozlara və bu şəhərlərdə havanın keyfiyyətinin azalmasına səbəb olur.

Son günlər Təbrizdə hava narıncı və qırmızı olub və asılı hissəciklərin konsentrasiyası artıb. Ayrıca, Meteorologiya Təşkilatının təxminlərinə əsasən, atmosferin stabil şəraiti həftənin sonuna qədər davam edəcək və hətta havanın çirklənməsi ilə bağlı vəziyyət daha da güclənəcək.

Təbrizdə havanın çirklənməsini bir çox amillər müəyyən edib və bu ilki çirklənmə bir çox Təbriz əhalisinin həyatını əvvəlki illərə nisbətən daha çox təhlükə altına ala bilər və bu problemin həlli əyalət rəhbərliyi tərəfindən düzgün planlaşdırma tələb edir.

Şərhlər

Xəbərlər

Əfqanıstan vətəndaşlarının 16 əyalətə girişi qadağan edilib

Dekabr 4, 2023
1 dəqiqədə oxunur
Əfqanıstan vətəndaşlarının 16 əyalətə girişi qadağan edilib