close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Məhkəmənin qərarına əsasən Qeydiyyatı İdarəsi Baycan adına kimlik vəsiqəsi verməlidir

Dekabr 5, 2023
1 dəqiqədə oxunur
Məhkəmənin qərarına əsasən Qeydiyyatı İdarəsi Baycan adına kimlik vəsiqəsi verməlidir

Azərbaycanlı şair, mədəni fəal və "Baycan"ın atası Ramin Cəbrayli Doğu Azərbaycan Qeydiyyat İdarəsinin oğluna kimlik verməməsindən sonra iki aylıq hüquqi mübarizə apararaq bu barədə məhkəmədən müsbət cavab ala bilib.

Cənab Cəbraylinin dediyinə görə 2 aya yaxın davam edən hüquqi mübarizədən sonra onlar Təbriz Məhkəməsinin qərarı ilə Doğu Azərbaycan Qeydiyyat İdarəsini azərbaycanlı körpəyə kimlik vəsiqəsi verməyə məcbur edə biliblər.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin Azərbaycanlı uşaqlara Türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Azərbaycanın əksər şəhərlərində övladlarına Türkcə ad seçmək niyyətində olan valideynləri təqib etmələrinə baxmayaraq, ölkənin Qeydiyyat İdarəsi adın əcnəbi olması və ya seçilmiş adlar siyahısında olmaması kimi səbəblərlə bu uşaqlara kimlik vəsiqəsi vermir.

Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur.

Şərhlər

Xəbərlər

Havanın çirklənməsi Təbrizdə bütün məktəblərin bağlanmasına nədən oldu

Dekabr 4, 2023
1 dəqiqədə oxunur
Havanın çirklənməsi Təbrizdə bütün məktəblərin bağlanmasına nədən oldu