close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İnqilab Keşikçiləri Fars körfəzində 34 xarici ekipajın olduğu iki gəmini ələ keçirib

Dekabr 7, 2023
1 dəqiqədə oxunur
İran xəbər agentliklərinin məlumatına görə, İnqilab Keşikçiləri Fars körfəzində 34 xarici ekipajın olduğu iki gəmini “yanacaq qaçaqmalçılığı” ittihamı ilə ələ keçirib.
İran xəbər agentliklərinin məlumatına görə, İnqilab Keşikçiləri Fars körfəzində 34 xarici ekipajın olduğu iki gəmini “yanacaq qaçaqmalçılığı” ittihamı ilə ələ keçirib.

İran xəbər agentliklərinin məlumatına görə, İnqilab Keşikçiləri Fars körfəzində 34 xarici ekipajın olduğu iki gəmini “yanacaq qaçaqmalçılığı” ittihamı ilə ələ keçirib.

İnqilab Keşikçiləri dekabrın 6-sı çərşənbə günü elan edib ki, Fars körfəzində "yanacaq qaçaqmalçılığı" ittihamı ilə ümumilikdə 34 xarici heyətdən ibarət iki gəmi ələ keçirib.

İran xəbər agentliklərinin İK-nin 5-ci dəniz bölgəsinin komandiri Əli Əzmaiyə istinadən verdiyi məlumata görə, 13 xarici ekipaj üzvü olan bu gəmilərdən birində 2,280 min litr qaçaq yanacaq olub və Əbu Musa adasının quzeyində ələ keçirilib.

O əlavə edib ki, 21 əcnəbi ekipaj üzvü olan bsşqa gəmidə iki milyon 300 min litr qaçaq yanacaq olub və İK qüvvələri tərəfindən ələ keçirilib.

Bu İnqilab Keşikçiləri rəsmisi bu iki gəminin əcnəbi dənizçilərinin milliyyətini və onlara sahib olan ölkələrin adını qeyd etməyib.

Bu,  İnqilab Keşikçilərinin Fars körfəzində xarici gəmiləri ələ keçirməsi ilk dəfə deyil. ABŞ bu yay elan etdi ki, son iki ildə İran Fars körfəzində 20-dən çox gəmiyə “hücum edib, təqib edib və ya ələ keçirib”.

Bu il iyulun 7-də baş vermiş bu hadisələrdən birində  İnqilab Keşikçiləri 900 ton qaçaq yanacaq daşıyan 12 xarici ekipaj üzvü olan gəmini ələ keçirdiyini iddia edib.

Bundan öncə İnqilab Keşikçiləri qüvvələri İranın quzey sularında iki xarici neft tankerini ələ keçirməyə cəhd edib və bunun qarşısı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən alınıb.

İnqilab Keşikçiləri ilə yanaşı, İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri də bu ilin may ayında İsveçrənin “Advantage” adlı xarici tankerinin İran barjı ilə toqquşması iddiası ilə ələ keçirib.

Dekabrın 4-də ABŞ Mərkəzi Komandanlığı bazar günü Qırmızı dənizin quzey sularında Husilərin üç ticarət gəmisinin ABŞ-ın müdaxiləsi nəticəsində uğursuz qaldığını açıqlamışdı. Bu açıqlamada bu hücumların husilər tərəfindən həyata keçirilsə də, bu hərəkətin tamamilə İran tərəfindən mümkün olduğu bildirilir.

Hücumlardan bir gün sonra Ağ Ev ABŞ-ın Qırmızı dənizdə ticarət gəmilərini müşayiət etmək üçün xüsusi dəniz qüvvələri yarada biləcəyini açıqladı. Öncələr Amerika Fars körfəzində gəmiçilik təhlükəsizliyini təmin etmək üçün dəniz patrullarını artırmışdı.

 

Şərhlər

Xəbərlər

100 tədqiqatçı, jurnalist və professor Nilufər Hamidi və İlahə Məhəmmədiyə dəstək verib

Dekabr 6, 2023
1 dəqiqədə oxunur
100 tədqiqatçı, jurnalist və professor Nilufər Hamidi və İlahə Məhəmmədiyə dəstək verib