close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Azərbaycanlı mədəni fəalların həbsinin davamı; Səid Dustan Ərdəbildə həbs edilib

Fevral 13, 2024
2 dəqiqədə oxunur
Azərbaycanlı mədəni fəalların həbsinin davamı; Səid Dustan Ərdəbildə həbs edilib

Ötən həftədən başlayan müxtəlif şəhərlərdə Azərbaycanlı mədəni fəalların həbsinin davamında “Səid Dustan” Ərdəbil Ümumi və İnqilab Prokurorluğuna getdikdən sonra həbs edilərək Tehranın Evin zindanına köçürülüb.

“Iranwire”-ə gələn xəbərə görə, Səid Dustan dünən 12 fevral 2024-cü ildə Ərdəbil Ümumi və İnqilab Prokurorluğunda göründükdən sonra həbs edilərək Evin zindanına köçürülüb. Bu Türk mədəni fəal daha öncə Səna sistemi vasitəsilə bildiriş alaraq “Milli təhlükəsizliyə qarşı hərəkət etmək üçün toplaşaraq əlbir olmaq” ittihamı ilə Ərdəbil Prokurorluğuna çağırılıb.

Səid Dustan Ərdəbildə həbs olunduqdan sonra Evin zindanına köçürülüb. “Mürtəza Pərvin” Ərdəbildə, “Səid Minayi” Bünabda və “Salar Taherəfşar” Urmiyada həbs olunduqdan sonra bu həbsxanaya köçürülüb.

Bu vətəndaşların həbsi Azərbaycanlı mədəni fəalların bu ilin sentyabrında başlayan kütləvi həbslərinin ikinci dalğasıdır. 5, 6 və 7 Fevralda təhlükəsizlik qüvvələri müxtəlif şəhərlərdə ən azı 12 nəfəri həddindən artıq zorakılıqla həbs etdilər. Ərdəbildə “Mürtəza Pərvin”, Bünabda “Səid Minayi”, Rəştdə “Vədud Əsədi”, Urmiyədə “Salar Taherəfşar”, “Ayaz Seyfxah”, “Baqer Hacızadə”, “Səid Camalzadə” və “Araz Aman” Təbrizdə, İslamşəhrdə "Kamal Nuri", Gərçəkdə "Əbdüləziz Əzimi Qədim", Astarada "Abdullah aəhidi" və "Tahir Nəqvi" Kərəcdə həbs edilib.

Son günlər həbs edilənlərdən ən azı dördü Evin həbsxanasına, üçü (Ayaz Seyfxah, Baqer Hacızadə, Səid Camalzadə”) Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb. Bu məsəni fəalların həbsindən təxminən bir həftə keçməsinə baxmayaraq, onlardan bir neçəsinin taleyi barədə hələ də məlumat yoxdur və İslam Respublikasının təhlükəsizlik və məhkəmə qurumları bu vətəndaşların ailələrinə cavab vermirlər.

Keçən ilin sentyabrında başlayan və Qadın, Həyat, Azadlıq aksiyalarının ildönümünə təsadüf edən bu həbslərin birinci dalğasında müxtəlif şəhərlərdə onlarla Azərbaycan vətəndaşı həbs edilib. Həbslər əsasən Kəşfiyyat Nazirliyinin agentləri tərəfindən həyata keçirilib və məhbuslar dərhal müxtəlif şəhərlərdən bu qurumun Təbrizdəki təcridxanasına köçürülüb.

Azərbaycanlı vətəndaşların həbslərinin ilk dalğasında "Armita Pavir", "Röya Zakiri", "Mürtəza Nurməhəmmədi", "Davud Şiri", "Əli Babayi", "Əmirhüseyn Ağayi", "Məhəmmədriza Müvəhhid", "Araz İbrahimzadə", " Cavad Sudbər” , “Mehrdad Qədri”, “Hüseyn Azadi”, “İbrahim Əvəzzadə”, “Sabir Hüseynzadə”, “Nasir Rəzmco”, “Ayət (Yürüş) Mehrəli Bəyli”, “Hamid Yeganəpur”, “İbrahim Raşidi” və.. Tehran, Təbriz, Ərdəbil, Sufian, Gərgər və Meşginşəhr şəhərlərində həbs olunub.

Azərbaycan vətəndaşlarının kütləvi həbslərinin birinci turunda həbs olunanların bir neçəsinin azadlığa buraxılmasına baxmayaraq, Ayət Mehrəli Bəyli və İbrahim Rəşidi hələ də müvafiq olaraq Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına və Meşginşəhr zindanında həbsdədirlər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Mücahid Kurkurun edamı ilə bağlı bir hüquq müdafiə təşkilatı xəbərdarlıq edib

Fevral 13, 2024
1 dəqiqədə oxunur
Mücahid Kurkurun edamı ilə bağlı bir hüquq müdafiə təşkilatı xəbərdarlıq edib