close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İran-İngiltərə vətəndaşı Evin həbsxanasında bəlirsiz durumda saxlanılır

Fevral 14, 2024
1 dəqiqədə oxunur
İran-İngiltərə vətəndaşı Evin həbsxanasında bəlirsiz durumda saxlanılır

Çərşənbə axşamı, 13 fevral Harana xəbər agentliyi "Şəhram Namavər" adlı bir ikili vətəndaşın İslam Respublikası həbsxanalarında həbs edildiyini açıqlayıb.

Harana-nın xəbərinə görə, Şəhram Namavər ikili İran-Britaniya vətəndaşlığına malikdir və həbsindən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, o, hələ də Evin həbsxanasında və bəlirsiz durumda saxlanılır.

Anası ilə görüşmək üçün İrana gedən Şəhram Namavər bu ilin avqustunda Abadanda hökumət qüvvələri tərəfindən həbs edilərək Tehrana aparılıb.

Bu ikili vətəndaşın ittihamları ilə bağlı heç bir xəbər dərc olunmayıb və Harananın xəbərinə görə, işin açılmasına baxmayaraq, Şəhram Namavər ilə bağlı məhkəmə hələ də keçirilməyib.

Hələlik bu vətəndaşın həbsinin siyasi səbəblərə görə olub-olmadığı bəlli deyil, lakin İslam Respublikası Batılı və ikili vətəndaşları həbsə atmaqda uzun tarixə malikdir və ümumiyyətlə, bu vətəndaşları Batı ölkələrində həbsdə olan qüvvələrini azad etmək üçün təzyiq vasitəsi kimi istifadə edir.

Bu hərəkətlərlə bağlı son işlərdən birində, bu il fevralın 10-da vəkil Riza Şəfixah, Səid Əzizi adlı ikili İran-İsveç vətəndaşının Tehran İnqilab Məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edildiyini açıqladı.

İslam Respublikasının rəsmi orqanları İranda Batı vətəndaşları və ikili vətəndaşlara qarşı təhlükəsizlik davranışını rədd edib və İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Əbdullahiyan daha öncə iddia etmişdi ki, ikili vətəndaşlarla bağlı rəvayətlər " İranofob yalançı təbliğat”dır.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Azərbaycanlı mədəni fəalların həbsinin davamı; Səid Dustan Ərdəbildə həbs edilib

Fevral 13, 2024
2 dəqiqədə oxunur
Azərbaycanlı mədəni fəalların həbsinin davamı; Səid Dustan Ərdəbildə həbs edilib