close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İslam Respublikası milis qüvvələrindən Amerikanı təhrik etməkdən çəkinmələrini istəyib

Fevral 19, 2024
1 dəqiqədə oxunur
İslam Respublikası milis qüvvələrindən Amerikanı təhrik etməkdən çəkinmələrini istəyib

“Washington Post” qəzeti yazıb ki, İslam Respublikası özünün milis qüvvələrindən bölgədə Amerika hərbçilərinə qarşı təmkinli olmaq və onlara qarşı təxribat törətməmək barədə xəbərdarlıq edib.

“Washington Post”un məlumatına görə, İrana bağlı milis qüvvələr son 14 gündə ABŞ-ın bölgədəki mövqelərinə hücum etməyib.

Amerika rəsmisi bu qəzetə deyib ki, İslam Respublikası bölgədə ABŞ mövqelərini və koalisiya qüvvələrini hədəf almaq üçün öz vəkil qruplarına qeyri-məhdud səlahiyyət verilməsinin Tehranın maraqlarına xidmət etməyəcəyi qənaətinə gəlib.

Tehranın dəstəklədiyi qruplarla sıx əlaqələri olan bir iraqlı rəsmi Washington Post qəzetinə müsahibəsində deyib: “İran müharibənin yayılmasının və gərginliyin geri dönüşü olmayan həddə çatmasının qarşısını almaq üçün bütün səylərindən istifadə edib”.

Bu il yanvar ayının 28-də İslam Respublikasına bağlı İraq İslami Müqavimət Qrupu İordaniyada “Qüllə 22” kimi tanınan Amerika hərbi bazasını pilotsuz təyyarənin hücumu ilə hədəfə almış və 3 Amerika əsgəri ölmüş və onlarla əsgər yaralanmışdır.

Birləşmiş Ştatlar bu hərəkətə cavab olaraq, fevral ayının 2-də axşam saatlarında İslam Respublikasına bağlı milislərə aid 85-dən çox məntəqəni hədəfə alıb və bu zaman, məlumatlara görə, 40 milis qüvvəsi öldürülüb.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

ABŞ hökuməti iranlı haker haqqında məlumat verənə 10 milyon dollar mükafat verəcək

Fevral 19, 2024
2 dəqiqədə oxunur
ABŞ hökuməti iranlı haker haqqında məlumat verənə 10 milyon dollar mükafat verəcək