close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Təbriz, Urmiyə, Ərdəbil və Ərakda telekommunikasiya təqaüdçülərinin etiraz toplantısı

Fevral 20, 2024
1 dəqiqədə oxunur
Təbriz, Urmiyə, Ərdəbil və Ərakda telekommunikasiya təqaüdçülərinin etiraz toplantısı

Təbriz, Urmiyə, Ərdəbil və Ərakda bir qrup telekommunikasiya təqaüdçüsü dünən 19 fevral bazar ertəsi Milli Təqaüdçülər Fondunun qarşısında etiraz aksiyası keçirib.

Doğu və Batı Azərbaycan, Ərdəbil və Mərkəzi əyalətlərində bir qrup telekommunikasiya şirkəti təqaüdçüsü İranın müxtəlif şəhərlərində kütləvi mitinqlə eyni vaxtda hökumətin qanuni tələbləri ilə bağlı verdiyi vədləri yerinə yetirilməməsinə etiraz olaraq, plakatlar nümayiş etdirərək şüarlar səsləndiriblər.

Ərdəbildə təqaüdçülər etiraz plakatları nümayiş etdirməklə yanaşı, “Səhmdar xəyanət edir, nazir dəstəkləyir, haqqımızı səhmdarlar yedi” şüarları səsləndirərək, hökumət və kabinetdən qanuni tələblərə cavab vermələrini istəyiblər.

Təqaüdçülər hesab edirlər ki, hökumətdə və parlamentdə problemlərinin həlli üçün heç bir iradə yoxdur və onlar öz yığıncaqlarında dəfələrlə bəyan ediblər ki, hüquqları tam reallaşana və hökumət onların tələblərini yerinə yetirənə qədər toplantılarını davam etdirəcəklər.

Daha öncə sosial təminat təqaüdçüləri maaşların real yaşayış dəyərinə uyğun və inflyasiyaya uyğun artırılmasını tələb edərək, maaşların 38% artırılmasının nəzərdə tutulduğunu, lakin hökumət bunun yalnız 10% artacağını açıqlayıb.

Son həftələr və aylar ərzində Azərbaycanın müxtəlif şəhərlərində təqaüdçülər öz aksiya toplantılarında dəfələrlə bəyan ediblər ki, hüquqları tam reallaşana və hökumət onların tələblərini yerinə yetirənə qədər toplantılarını davam etdirəcəklər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İslam Respublikası milis qüvvələrindən Amerikanı təhrik etməkdən çəkinmələrini istəyib

Fevral 19, 2024
1 dəqiqədə oxunur
İslam Respublikası milis qüvvələrindən Amerikanı təhrik etməkdən çəkinmələrini istəyib