close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ərdəbildə Dünya Ana Dili Günü münasibətilə Türkcə kitab paylanılıb

Fevral 21, 2024
1 dəqiqədə oxunur
Ərdəbildə Dünya Ana Dili Günü münasibətilə Türkcə kitab paylanılıb

Ərdəbilli mədəni fəallar Beynəlxalq Ana Dili Gününün qeyd edilməsi və ana dilinin qorunub saxlanması zərurətinə uyğun olaraq ötən günlərdə olduğu kimi, 21 fevralda da öyrəncilər arasında Türkcə kitablar paylayıblar.

Ərdəbilli mədəi fəallar 21 fevral gününü qarşılamaq məqsədi ilə bir nəçə gündür ki, çoxlu sayda “türk xalqlarının nağılları və şeir kitablarını Azərbaycanlı uşaqlar arasında paylayıblar.

Hər il İran təqvimində isfənd ayının 2-nə təsadüf edən Dünya Ana Dili Günü münasibəti ilə Türk şəhərlərdə mədəni fəallar kitab paylayır, təbrik traktatları paylayır, şokolad, qraffiti, bannerlər quraşdırır və ana dili ilə bağlı məlumatlar verir və İran hökümətini dil hüquqları ilə bağlı beynəlxalq konvensiyaların maddələrini həyata keçirməyə çağırırlar.

Məsələnin vacibliyini və ana dilində tədrisin zəruriliyini vurğulamaq və hökumətləri bu aydın bəşəri prinsipi həyata keçirməyə məcbur etmək üçün UNESCO tərəfindən fevralın 21-i Ümumdünya Ana Dili Günü kimi təyin edilmişdir.

İranda Türklər bir çox əsas mədəni hüquqları o cümlədən, "ana dilində təhsil hüququ", "Türkcə milli televiziyaya sahib olmaq hüququ", "milli Türk qəzetinə sahib olmaq hüququ" və "övladlarına Türk adları qoymaq hüququ"ndan məhrum ediliblər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Məhbuslar

İnqilab Məhkəməsində “Ekbatan” işinin ilk iclasının keçirilməsi

Fevral 21, 2024
1 dəqiqədə oxunur
İnqilab Məhkəməsində “Ekbatan” işinin ilk iclasının keçirilməsi