close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İbrahim Savalan İki aya yaxındır Meşginşəhr Həbsxanasında bəlirsiz durumda saxlanılır

Fevral 22, 2024
1 dəqiqədə oxunur
İbrahim Savalan İki aya yaxındır Meşginşəhr Həbsxanasında bəlirsiz durumda saxlanılır

Jurnalist, yazıçı və Türk mədəni fəal İbrahim Savalanın (Rəşidi) həbsindən 53 gün keçməsinə baxmayaraq, hələ də Xiyav (Meşginşəhr) həbsxanasında bəlirsiz durumda saxlanılır.

Alınan bilgilərə görə bu vətəndaşa vəkili ilə görüşə icazə verilməyib və vəkili hələ də rəsmi orqanların çeşidli bəhanələri ilə vəkil cənab Rəşidinin dosyesinə girə bilməyib.

Bir müddət öncə Xiyav şəhərinin Ümumi və İnqilab Prokurorluğunun məsul şəxsləri cənab Rəşidinin ailəsinə İbrahim Rəşidinin işinin gedişatını bildirməyin onun vəziyyətini daha da pisləşdirəcəyini və onun haqqında heç bir xəbərin dərc edilməməsinin lazım olduğunu bildirmişlər.

Ailəsi onun müvəqqəti azadlığa buraxılması üçün tələb olunmuş 500 milyon tümən dəyərində mülk sənədini təzminat kimi qoyub. Ancaq işin hakimi işin tamlaşmadığı bəhanəsi ilə həmin qərarı ləğv edib.

Xatırladaq ki, İrbarim Savalan ötən ilin dekabr ayının 30-da XiyavınMirkəndi kəndində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və Ərdəbil Əyaləti Təhlükəsizlik İdarəsində instintaqa çəkiləndən sonra yanvar ayının 27-də Xiyav Mərkəzi Həbsxanasına köçürülüb.

İbrahim Savalanın daha öncə də mədəi fəaliyyətinə görə çağırılma, hədə-qorxu, saxlanma və həbs keçmişi var.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ərdəbildə Dünya Ana Dili Günü münasibətilə Türkcə kitab paylanılıb

Fevral 21, 2024
1 dəqiqədə oxunur
Ərdəbildə Dünya Ana Dili Günü münasibətilə Türkcə kitab paylanılıb