close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ümumdünya Mətbuat Azadlığı Günü; İran hələ də Mətbuat Azadlığı cədvəlinin sonundadır

May 3, 2024
1 dəqiqədə oxunur
Cümə günü, mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə eyni vaxtda “Sərhədsiz Reportyorlar” 2024-cü ildə Mətbuat Azadlığı ilə bağlı yeni hesabatını dərc edib.
Cümə günü, mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə eyni vaxtda “Sərhədsiz Reportyorlar” 2024-cü ildə Mətbuat Azadlığı ilə bağlı yeni hesabatını dərc edib.
Bu hesabata görə, İran 180 ölkə arasında reytinq cədvəlinin sonlarında qərarlaşıb və 176-cı olub.

Bu hesabata görə, İran 180 ölkə arasında reytinq cədvəlinin sonlarında qərarlaşıb və 176-cı olub. Mətbuat Azadlığı baxımından yalnız Şimali Koreya, Əfqanıstan, Suriya və Eritreya İrandan daha pis vəziyyətdədir. Bu siyahıda Türkmənistan, Vyetnam, Bəhreyn, Çin, Myanma, Misir, İraq, Kuba, Belarus, Səudiyyə Ərəbistanı, Banqladeş, Nikaraqua, Rusiya və Cibuti İranı qabaqlayır və Mətbuat Azadlığı baxımından Bu ölkədəkindən daha yaxşı şəraitə malikdirlər

Sərhədsiz Reportyorlar Təşkilatının məlumatına görə, İran özünün “qrup həbsi” siyasəti ilə dünyada jurnalistlər üçün ən böyük həbsxanalardan biridir və siyasi hadisələr media işçilərinin iş şəraiti və təhlükəsizliyinə birbaşa təsir göstərir. Bu hesabata görə, 2024-cü ildə Mətbuat Azadlığının siyasi reytinq indeksi Orta Doğunun əksər regionlarında aşağı düşür.

Bu hesabatda qeyd edilir ki, bu ölkələrin hakimiyyət orqanları hər vasitə ilə mediaya nəzarət etməyə çalışır. Müxtəlif ölkələrdə bu siyasətin həyata keçirilməsi zorakılıq, həbs, sərt qanunlar, maliyyə təzyiqləri və ya yumşaq sosial mühəndislik ilə müşayiət olunur və bütün bu hallarda jurnalistlərə qarşı cinayətlərə qarşı hədəf toxunulmazlığı da daxildir.

Bu hesabata görə, Orta Doğuda media üçün qırmızı xətlər durmadan artır və jurnalistlərə müharibə, korrupsiya, iqtisadi böhranlar, feminizm, etnik qruplar, cinsi və gender azlıqlarla bağlı bir çox mövzuları işıqlandırmaq icazəsi verilmir və ya onlar hökumətin istədiyini yazmalıdılar.

Son illər media senzurasına və jurnalistlərə təzyiqlərə görə İran həmişə Sərhədsiz Reportyorlar təşkilatının cədvəlinin sonunda olub. Bu ölkə 2023-cü ildə 177-ci yerdə idi. Sərhədsiz Reportyorlar hər zaman İranda Mətbuat Azadlığının vəziyyətindən narahatlığını ifadə edərək, İslam Respublikasını bu baxımdan “dünyanın ən repressiv hökumətlərindən biri” kimi xarakterizə edib.

Şərhlər

Xəbərlər

İslam Respublikası son iki həftədə 63 məhbusu edam edib

May 3, 2024
1 dəqiqədə oxunur
İslam Respublikası son iki həftədə 63 məhbusu edam edib