close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

100-dən çox beynəlxalq mədəniyyət və incəsənət xadiminin Tumacın dərhal azad edilməsi üçün müraciəti

May 10, 2024
1 dəqiqədə oxunur
Britaniyalı müğənni Stinq, müğənni Jade Amelia Thirval, kanadalı yazıçı Marqaret Atvud və Britaniyanın Coldplay rok qrupu məktubu imzalayanlar arasındadır.
Britaniyalı müğənni Stinq, müğənni Jade Amelia Thirval, kanadalı yazıçı Marqaret Atvud və Britaniyanın Coldplay rok qrupu məktubu imzalayanlar arasındadır.
Bu məktubu imzalayanlar deyiblər: “Sənətə icazə verilməlidir ki tənqid etsin, təhrik etsin, hakimiyyətə etiraz etsin. Bu, biz sənətçilərin həm haqqı, həm də borcudur”.
Bu məktubu imzalayanlar deyiblər: “Sənətə icazə verilməlidir ki tənqid etsin, təhrik etsin, hakimiyyətə etiraz etsin. Bu, biz sənətçilərin həm haqqı, həm də borcudur”.

“Tumac Salehi” üçün edam hökmündən sonra 100-dən çox beynəlxalq mədəniyyət və incəsənət xadimi məktub yazaraq həbsdə olan bu etirazçı müğənninin dərhal azadlığa buraxılmasını tələb ediblər. Britaniyalı müğənni Stinq, müğənni Jade Amelia Thirval, kanadalı yazıçı Marqaret Atvud və Britaniyanın Coldplay rok qrupu məktubu imzalayanlar arasındadır.

Bu gün, mayın 10-da Guardian qəzetində bir nüsxəsi dərc olunan bu məktubda bu sənət adamları və beynəlxalq mədəniyyət xadimləri “Tumac Salehinin edam hökmünün dərhal və qeyd-şərtsiz ləğv edilməsini və ona qarşı irəli sürülən bütün ittihamların rədd edilməsini” tələb ediblər. Onlar Ayrıca bu iranlı etirazçı müğənninin təxirə salınmadan azad edilməsinin önəmini vurğulayıblar.

Bu məktubu imzalayanlar deyiblər: “Sənətə icazə verilməlidir ki tənqid etsin, təhrik etsin, hakimiyyətə etiraz etsin. Bu, biz sənətçilərin həm haqqı, həm də borcudur”.

Onlar vurğulayıblar: “Heç bir sənətçi ifadə azadlığı hüququndan istifadə etdiyinə görə məhkəmə təqibinə məruz qalmamalı, hətta edama da məhkum edilməməlidir”.

Aprelin 25-də İsfahan İnqilab Məhkəməsi Tumac Salehi üçün 2022-ci ildəki iş üzrə edam hökmü çıxarıb. Bu etirazçı müğənninin edam hökmü xəbərinin dərci bu hökmə qarşı qlobal etiraz dalğasına səbəb olub və hələ də davam edir.

Şərhlər

Siyasət

Amerika: Biz zəmanət veririk ki, İslam Respublikası heç vaxt nüvə silahı əldə etməyəcək

May 10, 2024
1 dəqiqədə oxunur
Amerika: Biz zəmanət veririk ki, İslam Respublikası heç vaxt nüvə silahı əldə etməyəcək