close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranda 2023-cü ildə hər gün təxminən 6 işçi həyatını itirib

May 14, 2024
1 dəqiqədə oxunur
İranda 2023-cü ildə hər gün təxminən 6 işçi həyatını itirib

Ölkənin ədli-tibb təşkilatının hadisə yeri araşdırma qrupunun rəisi 2023-cü ildə iş qəzaları nəticəsində 2 min 115 işçinin öldüyünü, 27 min işçinin isə yaralandığını açıqlayıb.

Əli Ziyayi İlna agentliyinə bildirib ki, ötən il iş nəticəsində baş verən qəzaların statistikası öncəki illə müqayisədə yüzdə 11,3 artıb.

Hündürlükdən yıxılmanın hər zaman iş qəzalarının statistikasında ən böyük paya sahib olduğunu ifadə edən Ziyayi, keçən il iş yeri qəzalarında 983 qurbanın hündürlükdən yıxılaraq öldüyünü, bunun da bütün itkilərin yüzdə 46,5 təşkil etdiyini bildirib.

İranda iş qəzaları ilə bağlı dəqiq statistika yoxdur və İran Statistika Mərkəzi, Əmək və Sosial Rifah Nazirliyi və Ədli Tibb Təşkilatı kimi müxtəlif mənbələr bu sahədə müxtəlif və bəzən çox fərqli rəqəmlər dərc edirlər.

Qeyri-rəsmi müşahidələr və hesabatlar əsasında medianın və əmək fəallarının bu rəqəmlərlə bağlı dərc etdikləri də hökumətin statistikasından çox fərqlidir.

İş qəzalarının səbəb olduğu ölümlərin əhəmiyyətli sayı elə bir vəziyyətdədir ki, İslam Respublikası iranlı işçilərin işləri arasında şələ daşıma, yanacaq daşımaq və maşınla insan və ya əşya qaçaqmalçılığı kimi qeyri-rəsmi işləri nəzərə almır.

Sorğulara görə, İran əməyin mühafizəsi məsələlərinə uyğunluq baxımından dünya ölkələri arasında 102-ci yerdədir və orada işçilərin ölüm nisbəti qlobal orta göstəricidən yüksəkdir.

Şərhlər

Məhbuslar

Evində həbsdə olan ən azı 12 Azərbaycanlı fəalın həbs müddəti uzadılıb

May 13, 2024
2 dəqiqədə oxunur
Evində həbsdə olan ən azı 12 Azərbaycanlı fəalın həbs müddəti uzadılıb