close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İlam və İsfahan həbsxanalarında ən azı 7 məhbus edam edilib

May 15, 2024
1 dəqiqədə oxunur
İnsan haqları mediasında dərc olunan xəbərə görə, son iki gündə İlam, İsfahan və Qızılhisar həbsxanalarında edama məhkum edilmiş ən azı 8 məhbusun hökmləri icra edilib.

Hana insan haqları təşkilatı qəsdən adam öldürmə ittihamı ilə İlam şəhərinin mərkəzi həbsxanasında saxlanılan “Fərux Xan Məhəmmədi” və “Riza Qulam Hüseyni” adlı iki məhbusun cəzasının icrasını elan edib.

Fərux Xan Məhəmmədi 14 il öncə mühakimə olunub, Riza Qulam Hüseyni isə qətldə günahlandırılaraq ötən il edam cəzasına məhkum edilib.

12 may 2024-cü il bazar günü İsfahan həbsxanasında 5 məhbusun edam hökmü icra edildi.

İran İnsan Haqları Təşkilatı İsfahandakı Dəstgerd həbsxanasında Cəfər Hüseynzadə, Məsud Estəki, Mustafa Ağaməhəmmədi və Məcid Rizayi kimi şəxsiyyətləri təsdiqlənən 4 nəfərin edam edilməsi ilə bağlı hesabat dərc edib.

Bu xəbərə görə, bu 4 nəfər “qəsdən adam öldürmə” maddəsi ilə birgə cinayət işi üzrə həbs edilərək qisas hökmünə tabe tutulublar.

Bu hüquq müdafiə təşkilatı məlumatlı mənbəyə istinadən həmin dörd məhbusun işi ilə bağlı yazıb: “Bu beş məhbus 2012-ci ildə Məsud Estəki əmisi oğlunu qətlə yetirmək ittihamı ilə birgə açılmış cinayət işində həbs edilib və qisasa məhkum edilib. Bu dörd məhbusun hökmü etiraz aksiyaları və iğtişaşlardan sonra bu həbsxananın 4-cü palatasında məhbusları qorxutmaq üçün verilib.

Eyni zamanda İsfahandakı Dəstgerd həbsxanasında Əmin Cəfəri adlı başqa bir məhbus edam edilib.

İran İnsan Haqları Təşkilatı bu məhbusun 4 il öncə qəsdən adam öldürmə ittihamı ilə həbs olunaraq edam cəzasına məhkum edildiyini yazıb.

2024-cü il mayın 15-də çərşənbə günü sübh çağı on dörd ildən artıq həbsdə olan vicdan məhbusu Xosrov Bəşarətin edam cəzası icra edildi.

Beş vicdan məhbusu Xosrov Bəşarət ilə eyni işdə məhkum edilən 5 məhbusun da edam hökmü kemən il noyabrdan bu ilin mayına qədər davam edib.

Şərhlər

Xəbərlər

Azərbaycan şəhərlərində telekommunikasiya təqaüdçülərinin etiraz aksiyası

May 15, 2024
1 dəqiqədə oxunur
Azərbaycan şəhərlərində telekommunikasiya təqaüdçülərinin etiraz aksiyası