close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Rəisinin ölümü ilə bağlı yazı dərc etdiyinə görə Təbrizdə fabrik sahibi həbs edilib

May 23, 2024
1 dəqiqədə oxunur
Azərbaycanda Sönməz fabrikinin sahibi olan “Əli Reyhani Keçvar” 2024-cü il may 22-də çərşənbə günü həbs edilərək Təbriz zindanına köçürülüb.
Azərbaycanda Sönməz fabrikinin sahibi olan “Əli Reyhani Keçvar” 2024-cü il may 22-də çərşənbə günü həbs edilərək Təbriz zindanına köçürülüb.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Dərnəyi İbrahim Rəisinin ölümü ilə bağlı yazı dərc edən daha bir vətəndaşın Təbrizdə həbs olunduğunu təsdiqləyib.

Yayımlanan məlumatlara görə, Azərbaycanda Sönməz fabrikinin sahibi olan “Əli Reyhani Keçvar” 2024-cü il may 22-də çərşənbə günü həbs edilərək Təbriz zindanına köçürülüb.

Cənab Reyhaninin ailəsinə yaxın mənbə bu vətəndaşın Təbriz prokuroru Məhbub Əlilunun birbaşa göstərişi ilə həbs edildiyini və ona qarşı irəli sürülən ittihamın “rejim əleyhinə təbliğat və İbrahim Rəisiyə qarşı təhqir” olduğunu bildirib.

Sönməz fabriki ilin ən yaxşı istehsalçılarından biri və keçən il Doğu Azərbaycanın nümunə ixracatçısı olub.

İran İslam Respublikasının dövlət başçısı və xarici işlər naziri İbrahim Rəisi və Əmir Əbdullahianın Doğu Azərbaycan əyalətinin Vərziqan şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində həlak olması xəbərindən sonra hökumət rəsmiləri vətəndaşları prezidentə və onun yoldaşlarına qarşı hər hansı bir şayiə və ya məzmunun yayılması qonusunda hədələyiblər.

2024-cü il mayın 20-dən bu qəzada İbrahim Rəisi və yoldaşlarının ölümünün təsdiqlənməsi ilə çoxlu sayda vətəndaş və kiberməkan istifadəçisi həbs edilərək səhifələrinin bloklanması ilə hədələnmiş, bəziləri isə üzr istəmək məcburiyyətində qalmış və təhlükəsizlik qurumlarının təzyiqi altında yazılarını silirlər.

İranwire-ə daha öncə xəbər verilmişdi ki, Doğu Azərbaycanın Məlikan şəhərində yaşayan mədəni fəal Əkbər Yusifi İnstaqramda prezidenti təhqir etmək və rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə xəbər dərc etdikdən sonra həbs edilib və bir gün sonra sərbəst buraxılıb.

Şərhlər

Siyasət

İbrahim Rəisinin ölümü üçün BMT bayrağının yarıya endirilməsi ilə bağlı tənqidlər davam edir

May 22, 2024
İbrahim Rəisinin ölümü üçün BMT bayrağının yarıya endirilməsi ilə bağlı tənqidlər davam edir