close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Azərbaycanlı müəllim Əli Hacının 6 aylıq işdən çıxarılması qərari təsdiqlənib

May 29, 2024
1 dəqiqədə oxunur
Azərbaycanlı müəllim Əli Hacının 6 aylıq işdən çıxarılması qərari təsdiqlənib
Azərbaycanlı müəllim Əli Hacının 6 aylıq işdən çıxarılması qərari təsdiqlənib

Tehran şəhəri Təhsil Nazirliyinin İnzibati Pozuntulara dair 1-ci Şöbəsi tərəfindən Culfada yaşayan həmkarlar ittifaqı fəalı Əli Hacının 6 ay müddətinə işdən çıxarılması qərarı təsdiqlənib.

Doğu Azərbaycanın Culfa şəhərində yaşayan bədən tərbiyəsi müəllimi və həmkarlar ittifaqı fəalı cənab Əli Hacı öz İnstaqram səhifəsində 6 aylıq işdən çıxarılmasının təsdiq edildiyini bildirən yazı dərc edib və deyib: Tədris ilinin başa çatmasına bir neçə həftə qaldığı və öyrəncilərin imtahan mövsümü olduğu halda, bu hökm icra olundu.

Mayın 6-da bu həmkarlar ittifaqı fəalı yeni işin açılması ilə bağlı şəxsi instaqram səhifəsində yazıb: "Öncəki işin apellyasiya şikayəti üzrə qərar hələ yekunlaşmadan İnzibati Xətalar Kollegiyasını ictimai şüuru narahat etmık ittihamı ilə mənə daha bir iş qaldırıb.

Bu azərbaycanlı müəllim və Culfa müəllimlərin həmkarlar ittifaqının üzvü daha öncə Doğu Azərbaycan əyalətinin təhsil işçilərinin hazırda apellyasiya mərhələsində olan inzibati xətalarını araşdıran birinci instansiya şurası tərəfindən 6 ay müddətinə müvəqqəti olaraq işdən azad edilib.

1979-cu ildə anadan olmuş Əli Hacı müəllimlər həmkarlar ittifaqının üzvü və Culfa şəhərinin təhsil işçisi, 25 illik təhsil təcrübəsi ilə magistratura dərəcəsi ilə məzunudur.

2022-ci ilin noyabrından indiyə kimi Azərbaycanın müxtəlif şəhərlərində çoxlu sayda müəllim və universitet professoru öz hüquqlarını və qanuni tələblərini müdafiə etmək və 2022-ci il milli etirazlarına dəstək vermək üçün həbs edilib və ya müvəqqəti və daimi olaraq xidmətdən uzaqlaşdırılıb və ya icbari təqaüdə məhkum edilib.

Şərhlər

Xəbərlər

YouTube İslam Respublikası Xarici İşlər Nazirliyinin hesabını silib

May 28, 2024
ایران‌وایر
1 dəqiqədə oxunur
YouTube İslam Respublikası Xarici İşlər Nazirliyinin hesabını silib