close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Amnesty İnternational: Dünyadakı edamların dörddə üçü İranda həyata keçirilir

May 29, 2024
1 dəqiqədə oxunur
Amnesty İnternational: Dünyadakı edamların dörddə üçü İranda həyata keçirilir

“Amnesty İnternational” təşkilatının dünya üzrə edamların sayı ilə bağlı son hesabatı göstərir ki, 2023-cü ildə dünyada həyata keçirilən edamların təxminən yüzdə 75 İranda həyata keçirilib.

Bu hesabata görə, 2023-cü ildə İranda qeydə alınan edamların sayı 853 olub ki, bu da 2022-ci illə müqayisədə təxminən yüzdə 50 artıb və İran Çindən sonra edam cəzasını tətbiq edən ölkələrin siyahısında birinci yerdədir.

Bu hesabata görə, ötən il dünya üzrə ümumilikdə 1153 edam hadisəsi qeydə alınıb ki, bu da 2015-ci ildən bəri ən yüksək rəqəmdir.

İranda dünya üzrə narkotik edamlarının yüzdə 42-nin qeydiyyatı

Bu hesabatda vurğulanır ki, 2023-cü ildə İranda narkotiklə əlaqəli cinayətlərlə bağlı edamların sayı öncəki illə müqayisədə təxminən yüzdə 90 artaraq 255-dən 481-ə çatıb və dünyada qeydə alınan ümumi edamların sayı , yüzdə 42 İranda narkotiklə bağlı edamlarla bağlıdır.

“Amnesty İnternational”ın yeni hesabatına görə, inqilabi məhkəmələrin hökmləri əsasında azı 520 nəfər (qeyd edilmiş edamların yüzdə 61), cinayət məhkəmələri hökmləri əsasında isə azı 317 nəfər (yüzdə 37) edam edilib. 16 iş üzrə edam hökmlərinin hansı məhkəmələrdə çıxarıldığı bəlli deyildi.

Edamların Bəluç azlığına təsiri

“Amnesty İnternational” İranda edamların bəluç azlığına təsirinə toxunaraq bildirib ki, keçən il İranda bəluç azlığından ən azı 172 nəfər (166 ərkək və altı qadın) edam edilib ki, bu da bütün qeydə alınmış edamların yüzdə 20-ni təşkil edir. Buna baxmayaraq ki bəluçların İran əhalisinin yalnız beş faizini təşkil edir.

İnsan haqları təşkilatları 2023-cü ilin mayında narkotik alverində və qətldə günahlandırılan 20 bəluçun İran həbsxanalarında cəmi beş gün ərzində edam edildiyini bildirdilər.

 

Şərhlər

Xəbərlər

Azərbaycanlı müəllim Əli Hacının 6 aylıq işdən çıxarılması qərari təsdiqlənib

May 29, 2024
1 dəqiqədə oxunur
Azərbaycanlı müəllim Əli Hacının 6 aylıq işdən çıxarılması qərari təsdiqlənib