Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Embry bildirib ki, İran İnqilabı Keşikçiləri Korpusunun donanması Fars körfəzi sularında Birləşmiş Ərəb Əmirliklərinə məxsus Toqo bayraqlı neft tankerini ələ keçirib.
Bu tankerin 1500 ton yanacaq daşıdığı bildirilir.
Eyni zamanda, İnqilab Keşikçilərinin ikinci dəniz bölgəsinin komandiri bu gəminin ələ keçirildiyini təsdiqləyib və dövlət xəbər agentliyi İrnaya bildirib ki, bu gəmi “qaçaqmal yanacaq” daşıyırdı və İslam Respublikasının sularında “qanunsuz” səyahət edirdi.
Bu İnqilab Keşikçiləri komandiri bildirib ki, gəminin ələ keçirilməsi məhkəmə qərarı ilə olub və tanker və onun yanacaq yükü boşaldılmaq üçün Buşehr Neft Məhsulları Şirkətinin terminalına göndərilib. İran bildirir ki, bu gəmidə 12 ekipaj üzvü vardır.
Embrynin hesabatına görə, bu gəmi İraq sahillərində yüklənib və İranın Buşəhr limanının güney-batısında 61 dəniz mili məsafədə ələ keçirilən Birləşmiş Ərəb Əmirliklərinin Şarja limanına doğru gedirmiş.
Embry əlavə edib ki, bu saxlanmanın səbəbinin siyasi olması ehtimalı azdır və o, bunu düşmənçilik hesab etmir.
Şərhlər