İran parlamentinin Təhsil, Araşdırma və Texnologiya Komissiyasının sədr müavini bildirib ki, hazırda ölkədə 276 min məktəbi tərk edən öyrənci var.
İran parlamentinin Təhsil, Araşdırma və Texnologiya Komissiyasının sədr müavini və Abadan nümayəndəsi “Məhəmməd Moləvi” İyulun 25-də Mehr Dövlət Xəbər Agentliyinə bildirib ki, “Bizim ölkədə 276 min məktəbi tərk edən öyrəncimiz var ki, bu da pis göstəricidir”.
Təhsil Nazirliyinin dövlət büdcəsində payının yüzdə 9,76-ə endirilməsinə toxunan Moləvi bu sahəyə diqqətin artırılmasının vacibliyini vurğulayıb. O, həmçinin Abadanda Neft Nazirliyinin 45 milyard tümən krediti ilə 12 sinifli 5 məktəb tikmək planlarını açıqlayıb və əlavə edib ki, bacarıqlı öyrəncilərin payı yüzdə 50-ə çatdırılmalıdır.
Bundan öncə İran Statistika Mərkəzi 2023-cü ilin yanvarında dərc etdiyi hesabatda 2022-2022-ci tədris ilində 930 minə yaxın öyrənciin ibtidai, birinci və ikinci orta məktəblərin üç səviyyəsini tərk etdiyini açıqlamışdı. Statistika Mərkəzinin bu hesabatına görə, deputatın təqdim etdiyi statistik rəqəmlərin doğru olduğu aydın deyil.
Xüsusilə məhrum və sərhəd əyalətlərdə öyrəncilərin təhsildən yayınması məsələsi həmişə təhsil sahəsində müzakirələrdən biri olub, lakin bununla bağlı heç bir tədbir görülməyib. Bundan əlavə, İranda məktəb müəllimlərinin çatışmazlığı son illərdə təhsilin üzləşdiyi digər önəmli məsələdir.
Şərhlər