close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

ABŞ İslam Respublikasının raket və dron proqramı ilə əlaqədar 12 şəxsə və quruma sanksiya tətbiq edib

İyul 31, 2024
1 dəqiqədə oxunur
ABŞ İslam Respublikasının raket və dron proqramı ilə əlaqədar 12 şəxsə və quruma sanksiya tətbiq edib

Çərşənbə axşamı, iyulun 30-da ABŞ Maliyyə Nazirliyi İran, Çin və Honq-Konqda yerləşən beş fiziki şəxsə və yeddi quruma İslam Respublikasının raket və pilotsuz uçuş aparatları proqramını asanlaşdırdıqlarına görə yeni sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, bu şəxslər və qurumlar İslam Respublikasının ballistik raket və pilotsuz uçuş aparatları proqramları üçün lazım olan hissə və avadanlıqları təmin ediblər.

Akselerometrlər və giroskoplar bu şəxslər və qurumlar vasitəsilə İslam Respublikasının Müdafiə Nazirliyinə verilmiş əsas hissələrdir.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında qeyd edilir ki, bu şəxslər və qurumlar İslam Respublikasının raket və pilotsuz təyyarə proqramı, silahların genişləndirilməsi üçün lazım olan mühüm hissələrə çıxışını asanlaşdırıb, həmçinin onları Orta Doğu və Rusiyadakı etibarlı qurumlarına göndəriblər.

Çərşənbə axşamı və bu xəbəri açıqlamazdan öncə Avropa Birliyi bir neçə iranlı ad və qurumun çıxarılmasına baxmayaraq, İslam Respublikasına bağlı qurumlar, təşkilatlar və şəxslərə qarşı məqsədyönlü və antiterror sanksiyalarını davam etdirəcəyini bildirib.

ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abram Pili çərşənbə axşamı özünün X hesabında ABŞ Maliyyə Nazirliyinin İran İslam Respublikasının raket və pilotsuz təyyarə proqramı ilə bağlı beş fiziki və yeddi quruma sanksiya tətbiq etməsinə toxunaraq yazıb i, Vaşinqton İranın ölümcül silah istehsal etmə qabiliyyətinə yardım edənlərə qarşlıq verəcək.

Şərhlər

Xəbərlər

HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb

İyul 31, 2024
1 dəqiqədə oxunur
HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb