close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

New York Times qəzeti Xameneinin İsrailə birbaşa hücum etmək qərarından xəbər verib

Avqust 1, 2024
1 dəqiqədə oxunur
New York Times qəzeti Xameneinin İsrailə birbaşa hücum etmək qərarından xəbər verib

“The New York Times” üç İran rəsmisinə istinad edərək yazıb ki, İslam Respublikasının lideri Əli Xamenei İsmayıl Haniyəyə qarşı ölümcül hücuma görə cavab olaraq İsrailin birbaşa hədəfə alınmasını əmr edib.

Bu xəbərə görə, Xamenei bu əmri Haniyənin öldürülməsindən saatlar sonra, 31 iyul çərşənbə günü səhər saatlarında keçirilən İran İslam Respublikası Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında verib.

The New York Times əlavə edib ki, Xamenei İnqilab Keşikçiləri və ordudan İsrailə hücum üçün lazımi planları hazırlamağı istəyib.

İslam Respublikasının lideri ayrıca İsrail və ABŞ-ın İrana hücum ehtimalını nəzərə alaraq, bununla bağlı müdafiə hazırlığına çağırıb.

Ayrıca İsrailin Hayfa şəhərinin bələdiyyə başqanı bu şəhərin sakinlərindən sığınacaqların ətrafında qalmalarını istəyib.

“The New York Times” ayrıca yazıb ki, İslam Respublikası Hayfa və Təl-Əvivə raket və pilotsuz təyyarələrlə hücumu nəzərdən keçirir.

Bu hesabata görə, İran hökuməti və onun milisləri daha böyük təsir göstərmək üçün İsrailə eyni vaxtda hücum planlaşdırır.

Şərhlər

Xəbərlər

ABŞ İslam Respublikasının raket və dron proqramı ilə əlaqədar 12 şəxsə və quruma sanksiya tətbiq edib

İyul 31, 2024
1 dəqiqədə oxunur
ABŞ İslam Respublikasının raket və dron proqramı ilə əlaqədar 12 şəxsə və quruma sanksiya tətbiq edib