Keçmiş siyasi məhbus və tanınmış Türk mədəni fəal Abbas Lisani, daha öncədən çıxarılmış Yəzd şəhərinə sürgün cəzasının icrası ilə bağlı məhkəmə tərəfindən bir bildiriş alıb.
Cənab Lisani 4 avqust 2024-cü ildə Ərdəbil şəhərinin hökm icra şöbəsi hakiminin əmri ilə Yəzd şəhərində 2 il məcburi yaşayış cəzasını çəkmək üçün çağırış vərəqəsi aldıqdan sonra, 5 avqust 2024 Bazar ertəsi, Ədliyyə getməlidir.
2019-cu ilin başında bu mədəni fəal Ərdəbil İnqilab Məhkəməsində milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək üçün qeyri-qanuni qrup yaratmaq ittihamı ilə 8 ildən çox həbsə məkum edilmişdi.
2023-cü il fevralın 21-də sərbəst buraxıldıqdan sonra, Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani "məcburi sürgün hökmünə tabe olmayacağam" bəyanatı yayıb və fevralın 23-də Ərdəbilə geri dönmüşdü.
Ərdabili siyasi fəal, şair və yazıçı Abbas Lisani, İrandakı Türklər arasında kimlik hərəkatlarının ən təsirli şəxslərindən biridir. İranda sivil və zorakılığın qarşıtı hərəkatların öndə gələni kimi xatırlanır. Son 20 ildə fəaliyyətinə görə dəfələrlə həbs və sürgünə məhkum edilib. Bu tanınmış Türk fəalın şerləri, məqalələri, müdafiə və müsahibələr toplusu özgürlük Harayı adlı kitabında nəşr olunub.
Şərhlər