close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İsfahanda partlayış səsi eşidilib; Rəsmilər təlim keçirildiyini iddia edib

Avqust 6, 2024
1 dəqiqədə oxunur
İsfahanda partlayış səsi eşidilib; Rəsmilər təlim keçirildiyini iddia edib
İsfahanda partlayış səsi eşidilib; Rəsmilər təlim keçirildiyini iddia edib

Bazar ertəsi, avqustun 5-i axşam İran mediası İsfahanın Sepahan şəhərində bir neçə partlayış səsinin eşidildiyini bildirib.

Bu partlayışların videoları İnqilab Keşikçilərinə yaxın Telegram kanalları tərəfindən yayımlanıb.

Nəşr edilən məlumatlara görə, ən azı ardıcıl 3 partlayış səsi İsfahanın Sepahan şəhərinin vətəndaşlarına çatıb.

İsfahan əyaləti valiliyinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini Məhəmmədrza Cannisari partlayışın ərazidə keçirilən təlimlərlə əlaqələndirib.

Bundan öncə, bu il aprelin 19-da cümə günü səhər tezdən, İnqilab Keşikçilərinin pilotsuz təyyarəsi və raket hücumuna cavab olaraq, İsrail İsfahanın 8-ci bazasını hədəfə almışdı.

İsrailin “Yediot Aharanot” qəzeti də yazıb ki, əgər bu ölkə İslam Respublikasının İsmail Haniyənin qətlinə cavab olaraq hərbi hərəkətinə əmin olsa, İrana qarşı qabaqlayıcı addımlar ata bilər.

Şərhlər

İqtisadiyyat

İran birja bazarından sərmayə çıxışı davam edir

Avqust 5, 2024
IranWire
1 dəqiqədə oxunur
İran birja bazarından sərmayə çıxışı davam edir