close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

“Microsoft” İslam Respublikası hakerlərinin ABŞ seçkilərinə müdaxilə etmək üçün yeni cəhdlərini açıqlayıb

Avqust 9, 2024
1 dəqiqədə oxunur

“Microsoft” tədqiqatçıları avqustun 9-da bir hesabat dərc edərək bildiriblər ki, İran hökumətinə bağlı hakerlər iyun ayında ABŞ-da prezident seçkiləri kampaniyasında yüksək vəzifəli yetkilinin hesabını sındırmağa cəhd ediblər.

Microsoft tədqiqatçıları yetkili şəxs haqqında əlavə təfərrüatlar açıqlamasalar da, bu addımın İran qruplarının ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinə təsir etmək üçün artan səylərinin bir hissəsi olduğunu bildiriblər.

Microsoftın bu hesabatında vurğulanır: “İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat bölməsi tərəfindən idarə olunan bir qrup prezident seçkiləri qərargahının yüksək rütbəli yetkilisinə fişinq e-poçtu göndərdi və İnqilab Keşikçiləri ilə əlaqəli başqa bir qrup minimum giriş icazəsi olan istifadəçi hesabını təhlükəyə atdı.”

Hesabatda deyilir ki, bu fəaliyyət İslam Respublikasına bağlı qrupların ABŞ-ın siyasi kampaniyaları haqqında məlumat əldə etmək üçün daha geniş çabalarının bir hissəsidir.

Bu hesabata görə, hakerlər bu pozuntu vasitəsilə başqa heç bir hesaba daxil ola bilməyiblər və bununla bağlı sızma məqsədi olanlara məlumat verilib.

Şərhlər

Məhbuslar

Evin həbsxanasında məhbus olan Türk fəallar həbslərinin yeddinci ayına qədəm qoyublar

Avqust 8, 2024
1 dəqiqədə oxunur
Evin həbsxanasında məhbus olan Türk fəallar həbslərinin yeddinci ayına qədəm qoyublar