Cümə günü, avqustun 9-da Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda edamlar prosesindən narahatlığını ifadə edib və deyib: “Hesabatlar göstərir ki, İslam Respublikası hakimiyyəti İranda azı 29 nəfəri edam edib”.
Birləşmiş Millətlər Təşkilatının internet saytı Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə istinadən yazır: “Bu şəxslərin qısa müddətdə edam edilməsi çox narahatlıq doğurur” və əlavə edib ki, iyul ayında da 38 nəfər edam edilib.
Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb ki, “Bu il bildirilən edamların sayı ən azı 345 nəfərə çatır, onlardan 15 nəfəi də qadındır”.
BMT-nin insan haqları rəsmisi bildirib ki, “edam olunanlar əsasən narkotiklə əlaqəli cinayətlər və ya qətl törətməkdə təqsirli biliniblər”. O vurğulayıb ki, “2024-cü ilin əvvəlindən bu günə qədər həyata keçirilən edamların demək olar ki, yarısı narkotiklə əlaqəli cinayətlərə görə olub”.
Cənab Türk həmçinin “Riza Rəsai”nin edamına işarə edərək deyib ki, Birləşmiş Millətlər Təşkilatında bu işlərin bir çoxunda icraat qaydalarına və standartlarına əməl olunmaması və ədalətli məhkəmə icraatı ilə bağlı çoxlu narahatlıqlar var və bir neçə məhbusun edamı ailəsinin və ya hüquq məsləhətçisinin xəbəri olmadan həyata keçirilib.
İran İslam Respublikasının məhkəmə orqanları çərşənbə axşamı, avqustun 6-da səhər saatlarında Riza Rəsaini Kirmanşahın mərkəzi zindanında son görüş olmadan edam edib və ailəsinə xəbər vermədən onun cənazəsini dəfn ediblər.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı çıxışının başqa bir hissəsində əlavə edib: "Kürdlər, Əhvaz ərəbləri və Bəluçlar da daxil olmaqla, azlıqlar hələ də qeyri-mütənasib şəkildə edam edilirlər."
O, vurğuladı: “İranın edam hökmünü ləğv etmək üçün dünyada artan konsensusa qoşulmasının vaxtı çatıb”.
İranda son edam dalğasından sonra Əhvaz mərkəzi, Şiban və Sepidar həbsxanalarında səkkiz məhbus edam təhlükəsi ilə üzləşib. Bu məhbuslar siyasi ittihamlarla edama məhkum ediliblər.
Hüquq müdafiə təşkilatlarının açıqladığı rəsmi statistikaya görə, təkcə 2023-cü ildə azı 767 vətəndaş, o cümlədən 21 qadın və 2 uşaq edam edilib.
Şərhlər