İranda yeni hökumətin başçısı Məsud Pezeşkianın təklif etdiyi Nazirlər Kabineti etimad səsverməsi üçün parlemente təqdim edilib və hökumətin strateji şurasının bir üzvü bildirib ki, ən önəmli nazirliklər mühafizəkarlara verilib.
Bəzi islahatçılar Pezeşkianı “açıq-aşkar şəriklik və müdaxiləyə” görə tənqid edirdilər.
Pezeşkian hökumətinin təklif etdiyi nazirlərin təqdimat məktubunda 19 nazirlik üçün 19 ad var və yalnız bir qadının adı görünür: Yollar və Şəhərsalma Nazirliyi üçün Fərzanə Sadiq təklif edilib.
14-cü hökumətin strateji şurasının üzvü Rəhmətullah Biqdeli bildirib ki, strateji şuranın siyahısından 7 nazirin adı yox idi.
O əlavə edib: “Bu hökumətdə ən önəmli nazirliklər mühafizəkarlara verilib”.
Biqdeli vurğulayıb: Ümid edirəm ki, seçkilərdə rəqabət aparan və məğlub olan hərəkat Pezeşkianın bütün fədakarlıqlarını qiymətləndirəcək.
İsna xəbər agentliyi yazıb ki, Pezeşkian tərəfindən irəli sürülən kabinet nazirlərinin orta yaş həddi 60 yaşdan biraz azdır.
Bu siyahıya əsasən, Abbas Əraqçı xarici işlər naziri, İsmayıl Xətib isə Kəşfiyyat naziri vəzifəsinə irəli sürülüb.
Daxili işlər nazir olması təklif edilən İskəndər Momeni hazırda Narkotiklərlə Mübarizə Baş Qərargahının katibi olan polis komandirlərindən biridir.
Pezeşkianın təklif etdiyi 11 nazir Rəisi və Ruhani hökumətlərində iştirak edib.
Şərhlər