İranda tibb bacılarının etirazı və tətili ilə eyni vaxtda Güney Azərbaycan tibb bacıları Təbriz və Zəncan şəhərlərində də tətilə çıxıblar.
İranda tibb bacıları tələblərinin nəzərə alınmamasına etiraz olaraq 8-ci gündür ki, bu sağlıq çalışanları tətil keçiriblər və işə gəlməyiblər. Bu tətillər avqustun 5-dən başlayıb.
Tətilə gedən tibb bacıları ağır iş şəraitinə, uzun iş saatlarına, əmək haqlarının az olmasına, əlavə iş saatlarına görə ödəniş edilməməsinə və başqa qanuni hüquqlarının təmin olinmamasına etiraz edirlər.
Zəncanda etiraz edən tibb bacıları şənbə günü keçirilən mitinqdə “ləyaqətsiz məmur/istefa” və “məcburi əlavə iş istəmirik, istəmirik” kimi şüarlar səsləndiriblər.
Təbrizdə “İmam Səccad” xəstəxanasının tibb bacıları, tibb bacısı haqqının ödənilməməsinə etiraz olaraq tətilə başlayıblar.
Etiraz edən tibb bacıları Məsud Pezeşkianın qızı Zəhradan atasının səsini 500 min tibb bacısına eşitdirməyi xahiş ediblər.
Tibb bacılarının toplantılarının yeni mərhələsi bu ilin iyul ayının əvvəlində Tibb Bacıları Evinin Baş Katibi Məhəmməd Şərifi Müqəddəm ölkənin müxtəlif yerlərində tibb bacılarının həmkarlar ittifaqı toplantılarına qatılanra qarşı təhdid və çağırışların davam etdiyini bildirib.
Tibb Bacısı Sisteminin Ali Şurasının üzvü Fereydun Muradi bu il iyulun 21-də ölkədən 150-200 tibb bacısının aylıq miqrasiyasını elan etdi və dedi: “Bir tibb bacısı tələbəsinə bir yarım-iki milyard tümən xərclənir, amma biz onları asanlıqla itiririk”.
Şərhlər