close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Biden: Qəzzada atəşkəs razılaşması əldə olunarsa, İranın İsrailə hücum etməyəcəyi gözlənilir

Avqust 14, 2024
1 dəqiqədə oxunur
Biden: Qəzzada atəşkəs razılaşması əldə olunarsa, İranın İsrailə hücum etməyəcəyi gözlənilir

Çərşənbə axşamı, avqustun 13-də ABŞ prezidenti Joe Biden Qəzza zolağında atəşkəs razılaşması əldə olunarsa, İslam Respublikasının İsrailə qarşı cavab tədbirləri görməyəcəyini gözləyirmi sualına cavab olaraq deyib: "Mən belə gözləyirəm."

ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə avqustun 15-də Qəzzada münaqişənin dayandırılması üçün danışıqlar davam etdiriləcək.

İsrail atəşkəs danışıqlarında bu ölkədən nümayəndə heyətinin iştirakına razılıq verib. Digər tərəfdən, Həmas bəyanatında bu danışıqlarda iştirak etməyəcəyini vurğulayıb.

Doha Həması-ı bu qərardan çəkindirməyə çalışır.

Axios xəbər saytı ABŞ Xarici İşlər Nazirliyi Antoni Blinkenin "vəziyyətin qeyri-müəyyənliyi" səbəbindən çərşənbə axşamı Orta Doğu səfərini təxirə saldığını bildirib.

Eyni zamanda, Ağ Ev ABŞ-ın iki milli təhlükəsizlik rəsmisi Brett McGurk və Amos Hochstein-in gərginliyi azaltmaq və atəşkəs razılaşmasına nail olmaq üçün Orta Doğuya gedəcəklərini açıqlayıb.

Son günlər Həmas-ın keçmiş lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Orta Doğuda gərginlik alovlanıb və İslam Respublikasının və onun vəkil qruplarının İsrailə mümkün hücumunun regionda yeni münaqişə cəbhələri yaradacağından ehtiyatlanır.

Şərhlər

Xəbərlər

İnqilab Keşikçiləri komandiri: İsrail gözləməklə böyük təzyiq altındadır

Avqust 13, 2024
IranWire
1 dəqiqədə oxunur
İnqilab Keşikçiləri komandiri: İsrail gözləməklə böyük təzyiq altındadır