close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Xamenei: Qeyri taktiki geri çəkilmə Allahın qəzəbinə səbəb olacaq

Avqust 14, 2024
1 dəqiqədə oxunur
Xamenei: Qeyri taktiki geri çəkilmə Allahın qəzəbinə səbəb olacaq
Xamenei: Qeyri taktiki geri çəkilmə Allahın qəzəbinə səbəb olacaq

Orta Doğuda genişmiqyaslı müharibənin başlanması ilə bağlı narahatlıqların artdığı bir vaxtda İslam Respublikasının lideri bugünkü son bəyanatında Batı və İsrailin xəbərdarlıqlarına istinad edərək bildirib: “Qeyri-taktiki geri çəkilmə Allahın qəzəbinə səbəb olur” və “düşmən psixoloji müharibədə öz qabiliyyətlərini qabardaraq hərbi sahədə qorxu və geri çəkilmə yaratmaq istəyir”.

Çərşənbə günü, avqustun 14-də İslam Respublikasının bir qrup rəsmisi ilə görüşündə Əli Xamenei deyib ki, inqilabın əvvəlindən “İranın bədxahları” bizə Amerika, İngiltərə və İsraildən qorxmağı aşılamaq istəyirlər.

Bu bəyanatlar üç Avropa dövlətinin başçılarının İrandan və onun orta doğudaki qüvvələrindən İsrailə qarşı hücum etməməyi istəməsindən iki gün sonraya təsadüf edir, çünki belə bir hücum regional gərginliyi artıracaq və İsrail ilə ekstremist Həmas qruplaşması arasında mümkün atəşkəsə təhlükə yaradacaq.

İran İslam Respublikası ekstremist Həmas qruplaşmasının Tehrandakı siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin ölümündən sonra iki həftədir ki, İsrailə qarşı cavab əməliyyatları həyata keçirəcəyi ilə hədələyir və intiqamın mütləq olduğunu israr edir. Tehranda Haniyənin öldürülməsindən sonra Əli Xamenei qisas və İsrailin cəzalandırılmasını vurğuladı.

Lakin İsrail hələ ki, hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla bağlı Qəzzada atəşkəsin yaradılması üçün diplomatik çabalar davam etdirilir.

Bundan öncə İran İslam Respublikasının üç yüksək rütbəli rəsmisi Reuters xəbər agentliyinə bildirmişdilər ki, yalnız Qəzza zolağında atəşkəs razılaşmasının əldə edilməsi İran hökumətinin Haniyənin öldürülməsinə cavab olaraq cavab tədbirləri görməsinə mane olacaq. Reuters bunu İslam Respublikasının öncəki mövqelərindən geri çəkilməsinə işarə hesab edib.

Bu arada ABŞ prezidenti Joe Biden son açıqlamasında deyib: Gözləyirəm ki, Qəzzada atəşkəs razılaşması əldə olunarsa və girovlar azad edilərsə, İslam Respublikası İsrailə hücum etməkdən çəkinəcək”.

Şərhlər

Xəbərlər

Biden: Qəzzada atəşkəs razılaşması əldə olunarsa, İranın İsrailə hücum etməyəcəyi gözlənilir

Avqust 14, 2024
1 dəqiqədə oxunur
Biden: Qəzzada atəşkəs razılaşması əldə olunarsa, İranın İsrailə hücum etməyəcəyi gözlənilir