close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

ABŞ-ın İnqilab Keşikçilərinə qarşı yeni sanksiyaları

Mart 31, 2022
1 dəqiqədə oxunur
ABŞ-ın İnqilab Keşikçilərinə qarşı yeni sanksiyaları

Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi çərşənbə günü axşam saatlarında İranın bir neçə qurumu və fərdlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, “Məhəmməd Əli Hüseyni” İnqilab Keşikçiləri öztəminat cihad təşkilatı ilə əlaqəsi olduğu üçün ABŞ-ın sanksiya siyahısına girib.

Ayrıca “Jostar Sənət Delican” şirkəti, “Pars Bənaye Sədr adlı umran və Sənət” şirkəti, “Sayeban Sepehr Delican” şirkəti və “Sina Composite Delican” şirkəti ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına əlavə edilib.

ABŞ Maliyyə Nazirliyi bu şirkətlərə İnqilab Keşikçiləri ilə əlaqələrə görə sanksiya tətbiq etdiyini iddia edib. ABŞ hökuməti də sanksiyaların İranın 13 Mart Ərbilə raket hücumundan sonra tətbiq edildiyini bildirib.

Xəbərlərdə İranın JCPOA canlanmasına razılıq verməsinin şərtlərindən birinin İnqilab Keşikçilərini ABŞ-ın sanksiya etdiyi terror qrupları siyahısından çıxarması olduğu göstərilirdi.

Dünən Rusiyanın Vyanadakı nümayəndəsi Mixail Ulyanov da öz Twitter səhifəsində yazıb: “Anlaşmanın bir hissəsi olmayan başqa mübahisələr, o cümlədən İranın adlarını ABŞ-ın terror təşkilatları siyahısından çıxarmaq tələbi danışıqların gedişatını dayandırıb”.

Şərhlər

Cəmiyyət & Mədəniyyət

4 yaşlı Azərbaycanlı uşaq Atalayın hələ də şəxsiyyət vəsiqəsi yoxdur

Mart 30, 2022
1 dəqiqədə oxunur
4 yaşlı Azərbaycanlı uşaq Atalayın hələ də şəxsiyyət vəsiqəsi yoxdur