close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

İran Rusiyanın BMT İnsan Haqları Şurasında üzvlüyünün dayandırılmasının əleyhinə səs verib

Aprel 8, 2022
1 dəqiqədə oxunur
İran Rusiyanın BMT İnsan Haqları Şurasında üzvlüyünün dayandırılmasının əleyhinə səs verib

Cümə axşamı, 7 aprel 2022-ci ildə Rusiyanın BMT Baş Assambleyasının İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılması səs çoxluğu ilə təsdiqləndi.

BMT Baş Assambleyasının qətnamələrini qəbul etmək üçün səslərin üçdə ikisi tələb olunur.

BMT Baş Assambleyasının 193 üzvündən 93-ü ABŞ-ın Rusiyanın İnsan Haqları Şurasına üzvlüyünü dayandırmasını tələb edən qətnaməsinin lehinə səs verib.

İran, Çin, Belarus, Suriya, Mali, Zimbabve, Kuba və Mərkəzi Asiya da daxil olmaqla 23 ölkə qətnamənin lehinə səs verib, başqa 58 üzv isə bitərəf qalıb.

BMT Baş Assambleyası bundan öncə Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyən 140 səslə iki qətnamə qəbul etmişdi. İran hər iki qətnamədə bitərəf qalıb.

ABŞ-ın təklif etdiyi qətnamə Buça sakinlərinin qətliamının üzə çıxmasından sonra Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı insan hüquqlarının və beynəlxalq hüququn “geniş və sistematik şəkildə pozulması” ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığına toxunur.

Dünyanın müxtəlif medialarında jurnalistlər Buçada dinc əhalinin itkiləri ilə bağlı çoxsaylı xəbərlər dərc ediblər, lakin Moskva Ukraynanın işğal olunmuş ərazilərinin küçələrində çoxlu sayda mülki şəxsin öldürülməsi ilə bağlı dərc edilmiş şəkilləri və peyk sübutlarını təhrif etməyə çalışır.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia çərşənbə axşamı iddia edib: Buçanın Rusiya tərəfindən işğalı zamanı heç bir dinc sakin hər hansı zorakılıqdan əziyyət çəkməyib”.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Siyasət

Blinken: Mən JCPOA haqqında optimist deyiləm; İnqilab Keşikçilərini terror təşkilatı hesab edirəm

Aprel 7, 2022
1 dəqiqədə oxunur
Blinken: Mən JCPOA haqqında optimist deyiləm; İnqilab Keşikçilərini terror təşkilatı hesab edirəm