close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

14 ABŞ senatoru İnqilab Keşikçilərinin terror siyahısından çıxarılmasını regional müttəfiqlərə xəyanət adlandırıb

Aprel 12, 2022
1 dəqiqədə oxunur
14 ABŞ senatoru İnqilab Keşikçilərinin terror siyahısından çıxarılmasını regional müttəfiqlərə xəyanət adlandırıb

Respublikaçılar Partiyasından olan 14 ABŞ senatoru ABŞ prezidenti joe bidenə müraciət edərək, İnqilab Keşikçilərinin adını “xarici terror təşkilatları” siyahısından çıxarmamağa çağırıb.

Cənab Bidenə məktub yazan qanunvericilər qərarın "kobud səhv" olacağını bildirib və bunu "ABŞ-ın regiondakı müttəfiqlərinə xəyanət" adlandırıblar.

Bu barədə məktubu imzalayan senatorlar ABŞ prezidentinə bildiriblər “İnqilab keşikçilərinin terror aktları törətməkdə davam edən təşkilatlar siyahısından çıxarılması, şübhəsiz ki, dünyaya ABŞ-ın terror siyahısının hökumətin öz siyasi maraqlarına uyğun gəldiyini və hər zaman ticarət etməyə hazır olduğu siyasi alət olduğunu göstərəcək”.

Məktub müəllifləri İnqilab Keşikçilərinin Livan, Suriya, Yəmən və Bəhreyndəki hərəkətlərinə toxunaraq, İraqda 600-dən çox Amerika hərbçisinin öldürülməsində onları günahlandırıblar. Ted Cruz, Lindsey Graham və John Kennedi məktubu imzalayan senatorlardır.

Məktub ABŞ prezidentinə elə bir vaxt yazılıb ki, xəbərlər ABŞ hökumətinin İnqilab Keşikçilərini xarici terror təşkilatları siyahısından çıxarmağı nəzərdən keçirdiyini göstərir.

İfadələrə görə, ola bilsin ki, ABŞ hökuməti Qüds Qüvvələrini siyahıda saxlamaq istəyə, lakin İnqilab Keşikçilərini bütünlüklə geri çəkə bilər.

Bundan öncə Konqresdəki bir sıra respublikaçı qanunvericilər dövlət katibi Antony Blinkenə məktub yazaraq, İnqilab Keşikçilərini terror təşkilatları siyahısında qalmasını istəyib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Siyasət

Önümüzdəki günlərdə İranın bloklanan 7 milyard dollarlıq pulu sərbəst buraxılacaq

Aprel 11, 2022
1 dəqiqədə oxunur
Önümüzdəki günlərdə İranın bloklanan 7 milyard dollarlıq pulu sərbəst buraxılacaq