close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

Əli Motəhəri: İslam Respublikasının məqsədi ilk başdan atom bombası yaratmaq idi

Aprel 25, 2022
1 dəqiqədə oxunur
Əli Motəhəri: İslam Respublikasının məqsədi ilk başdan atom bombası yaratmaq idi

İslam Respublikasının Keçmiş rəsmilərinin İranın nüvə proqramının mahiyyətinə dair ən açıq istinadlarından birində parlamentin keçmiş vitse-spikeri Əli Motəhəri bildirib ki, İslam Respublikasının nüvə proqramının məqsədi öncədən nüvə silahı yaratmaq olub.

Motəhəri bazar günü, 24 Apreldə İscanews-a müsahibəsində deyib: “Öncədən nüvə fəaliyyətinə girəndə məqsədimiz bomba hazırlamaq və çəkindirici qüvvələri gücləndirmək idi, lakin biz bu məsələnin sirrini saxlaya bilmədik və gizli hesabatlar bir qrup münafiq tərəfindən üzə çıxdı”.

Əli Motəhəri mətbuat konfranslarında ilk dəfə olaraq İslam Respublikasını nüvə silahı yaratmaqda ittiham edən Xalqın Mücahidləri Təşkilatına istinad edir.

İran parlamentinin keçmiş sədr müavini ayrıca İscanews-a deyib: “Nüvə enerjisindən dinc şəkildə istifadə etmək istəyən ölkə heç vaxt zənginləşdirməyə başlamır, öncə reaktor qurur, sonra isə zənginləşdirmə sahəsinə daxil olur”.

O, açıq şəkildə etiraf etdi: “Zənginləşdirmə ilə birbaşa bomba əldə etmək istədiyimiz düşüncəsi yaranır”.

Əli Mücahidin bu müsahibəsində deyib: “Əgər biz də Pakistan kimi gizli şəkildə bomba hazırlayıb sınaqdan keçirə bilsək, bu, çox çəkindirici olardı. Başqa ölkələr nüvə enerjisinə ümid bəsləyirlər, ona görə də mən hesab edirəm ki, biz bu işə başlayanda sona qədər getməliydik”.

Əli Motəhərinin açıqlamaları İslam Respublikası rəsmilərinin Əli Xameneinin nüvə silahının qadağan edilməsinə dair fətvasına istinad edərək, onların nüvə proqramının sülhməramlı olduğunu iddia etdiyi bir vaxta təsadüf edir.

Bundan öncə Ruhaninin kəşfiyyat naziri Mahmud Ələvi üstüörtülü şəkildə demişdi ki, İran məcbur olarsa, nüvə silahı yaratmağa doğru hərəkət edəcək.

O demişdi: “Rəhbərlik fətvasında açıq şəkildə bildirib ki, nüvə silahının istehsalı şəriətə ziddir və İslam Respublikası buna getmir və bunu haram hesab edir. Ancaq pişik küncə atılırsa, o, azad pişiyin etmədiyi şəkildə davrana bilər”.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Qadınlar

Şot şəhərində bir gənc qadın həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülüb

Aprel 22, 2022
2 dəqiqədə oxunur
Şot şəhərində bir gənc qadın həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülüb