close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

İranın zirehli diviziyası Əfqanıstan sərhəddinə yerləşdirildi

Aprel 26, 2022
1 dəqiqədə oxunur
İranın zirehli diviziyası Əfqanıstan sərhəddinə yerləşdirildi

İran İslam Respublikası ilə Taliban arasında davam edən sərhəd gərginliyinin ardınca İslam Respublikası “88-ci Zahedan zirehli diviziyası” qoşunlarını İran-Əfqanıstan sərhədinə göndərib.

“Khabaronline” xəbər agentliyi çoxlu sayda tank və zirehli texnikanın İran-Əfqanıstan sərhədinə doğru irəlilədiyini əks etdirən video yayımlayıb.

Taliban hələlik insidentlə bağlı açıqlama verməyib.

Dünən İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə media ilə keçirdiyi həftəlik görüşündə deyib: “Ümid edirik ki, sərhədçilərimizin İran-Əfqanıstan sərhədində təmkinli olması qarşı tərəfin yanlış anlamasına səbəb olmayıb”.

O, ayrıca bildirib ki, Əfqanıstan sərhədindəki İran sərhədçiləri bu günə qədər Əfqanıstandakı daxili vəziyyətə görə təmkinli davranıblar, lakin bu məsələlərin təkrarlanması ciddi narahatlıq doğurur.

Gərginliyin səbəbi ilə bağlı hər iki tərəfin açıqlamaları fərqlidir. İran mediası, o cümlədən Fars Xəbər Agentliyi hadisə şahidlərinə istinadən bildirib ki, Taliban sərhədçiləri iki ölkənin sərhəd bölgəsində yol çəkmək niyyətində olublar və buna İran İslam Respublikası sərhədçiləri müqavimət göstərib.

Əfqan yerli mediası isə 5 nəfərin olduğu İran hərbi maşınının Əfqanıstana girdiyini iddia edib.

"İranın yerli mediası daha sonra Taliban və İran sərhədçiləri arasında gərginliyin artmasından sonra Doğarun-İslam Qala sərhəd-keçid məntəqəsini müvəqqəti bağladıqlarını bildirib".

Son səkkiz aydır ki, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Herat və Nimruz əyalətlərində iki ölkənin sərhəd qüvvələri arasında toqquşmaların olduğu barədə məlumatlar var.

Şərhlər

Xəbərlər

Doğu Azərbaycanın 700 kəndində su böhranı var

Aprel 26, 2022
1 dəqiqədə oxunur
Doğu Azərbaycanın 700 kəndində su böhranı var